Cənub Xəbər TV kanalımızda verilişi 100 000-dən artıq şəxsin izləməsi, videoya 1600-dən artıq rəy yazılması göstərdi ki, insanlar belə məsələlərə necə həssasdır
Ötən həftə Masallı şəhərinin mərkəzində kimsəsiz, baxımsızlıqdan ölümün bir addımlığında olan, aylarla, illərlə təmizlik görməyən 70 yaşlı Zeynəb adlı qadın haqqında məlumat vermişdik. Yazı ciddi reaksiya doğurmuşdu. Qısa müddətdə cənub xəbər tv kanalımızda verilişi 100 000-dən artıq şəxs izləmiş, 1600-dən artıq verilişə rəy yazıldı.
Bir neçə nəfər şəxs, hətta qadını öz evində təmənnasız saxlamaq üçün bizə müraciət etmişdi. Qadının oğlu da Rusiyadan gəliv evi təmizlətdirdi, xəstəxanada anasına baş çəkdi. Həkimlər bu unudulmuş qadını sağaltmaq üçün çox səy göstərsələr də ,onu xilas etmək mümkün olmadı, qadın dünyasını dəyişdi.
Allah rəhmət eləsin.
Gəlin, hamımız diqqətçil, qayğıkeş olaq, analarımıza vaxtında qayğı göstərək.
Həmin videonun linkin yazıya əlavə edirik.
Cenub.az. Zahir Əmənov