Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Daha bir masallılı qız alim oldu


Cenub.az bildirir ki, Məhərrəmova Lalə Gülbala qızı Masallı Rayonunun Qarğalıq İnzibati Dairəsinin Eminli kəndində anadan olub. Anası Saniyə xanım da rayonun tanınmış kimya müəllimi olub, şəhər 1 saylı tam orta məktəbində çalışıb.

Lalə xanım 2006-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş, 2010 - cu ildə  həmin təhsil ocağını fərqlənmə diplomu ilə bitirmişdir. 2011-2013 - cü illərdə isə  magistratura pilləsini bitirmişdir.

Attestasiya Komissiyası Kollegiyasinin 14.04.2023-cu il tarixli qərarı ilə Lalə xanıma kimya üzrə fəlsəfə elmləri doktoru  dərəcəsi verilmişdir. 

25 elmi əsəri, 1 patienti dərc olunmuşdur. 2015- ci ildən BDU-nun Kimya fakültəsində çalışır. Ailəlidir, iki övladı var. 

Xatırladırıq ki, Lalə xanım alimlik dərəcəsi almış 32-ci masallılı xanımdır.

Təbrik edir və daha böyük uğurlar arzulayırıq.

Fidan Abbaslı. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10