8 milyon manat əhvalatı haradan qaynaqlanır?
Bu günlərdə ölkənin bəzi saytlar Masallı Maliyyə şöbəsinin rəisi Azər Abdullayevlə bağlı hay-küylü məlumatlar paylaşırlar. Həmin məlumatlarda bildirilir ki, Azər Abdullayev son günlər ağır psixoloji sarsıntı keçirib. Buna da səbəb onun evindən 8 milyon manat və qızıl-zinət şeylərinin oğurlanmasıdır.
Məlumat üçün bildirək ki, Azər Abdullayev Masallı rayonun Təzə Alvadı kəndindəndir. Uzun müddət Vergi, sosial müdafiə təşkilatlarında çalışıb., 2012-cu ildən isə Masallı Rayonun Maliyyə şöbəsinin müdiri vəzifəsində çalışır.
O, bir neçə əvvəl bir ağır qəza da keçirmişdi. Belə ki, kənd yolunda işıq faraları olmayan motoskl onu vurub ciddi xəsarət almasına səbəb olmuşdur.
Əfqan Sadıqlının qələmə aldığı, bir sıra saytların, o cümlədən HeftEAZ.info saytının paylaşdığı məlumatı dəqiqləşdirmək qərarına gəldik.
Öncə Azər Abdullayevin özünə zəng vurduq. Azər müəllim yarızaraftca bildirdi ki, 2-3 aydan bir məni belə məşhurlaşdırırlar. Maraqlıdır ki, belə məlumatları onlar hansı mənbəyə istinad edib paylaşırlar. Niyə jurnalistikanın ən elementar qaydalarına əməl edib qarşı tərəfin fikrini öyrənmədən ağızlarına gələni internet səhifələrinə çıxarır, digərləri də bunlara heç nəyə fərq qoymadan züy tuturlar.
Tam əminliklə deyirəm, evimdə heç bir oğurluq olmayıb, pulumdan nigar olanlara da bəyan olsun ki, 5-10 manatım varsa, özümdədir.
Sadəcə məsələyə o qədər ucuz, qeyri-peşəkar yanaşırlar ki, onlarla məhkəmə çəkişməsinə çxmağa adam utanır. Amma məndə olan məlumata görə həmin saytların bir çoxunun işi məhkəmədə, yaxud da Mətbuat Şurasının belə şikayətlərə baxan komissiyasındadır.
Unutmasinlar ki, mənim də səbrimin sərhədləri var.
Qeyd: Azər müəllimin yaşadığı kənddən bir neçə nəfər hər şeydən xəbəri olan şəxsdən də soraqlaşanda da məlumat təsdiqini tapmadı.
Necə deyərlər, araşdırmamış davam edir.
Zahir Əmənov