Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Həsən Məmmədov çox utancaq idi, rejissorla şərt kəsdi ki, hamı otaqdan çıxsın...” - FOTOLAR


“Mədəniyyət sahəsi hər adama etibar edilə bilməz, bundan əvvəlki nazir güvəni doğrultmadı”
 
“Rasim Balayev dedi ki, gəl gedib pul tapaq, özümüzə film çəkək, vaxt azalır, ölüb gedəcəyik”
 
““Gün keçdi”, “Dədə Qorqud”, “Arşın mal alan” və s. filmlərindən sonra ucuz işlərdə görünə bilmərəm. Daha sonralar da məni filmlərə dəvət etdilər. Ssenarini götürüb oxuyanda ağlamağım gəlirdi. Heç kim məndən inciməsin. Bu sahədə peşəkarlar çalışmalıdır. Yerindən duran, əlinə kamera alan film çəkib, əlinə qələm alan ssenari yazmamalıdır. Heç bir filmdə çəkilmək istəmədim. Hər şeyə “stop” dedim. Mövzular da çox bəsitdir. İnsan o filmləri izləyəndə darıxır. Məişət mövzularından başqa filmlər çəkilmir. Kimsə kimdənsə boşanır, kimsə göz yaşı tökür, kimsə dalaşır. Əlbəttə ki, filmlərdə bunlar da lazımdır, amma daha vacib mövzular ön planda olmalıdır. Bir dəfə hava limanında Rasim Balayevlə qarşılaşdım. Mənə dedi ki, “gəl, gedib pul tapaq, filmlərdə çəkilək, simamız da dəyişir, vaxt da azalır, ölüb gedəcəyik (gülür). Mən də belə düşünürəm”.
Bunu açıqlamasında xalq artisti, Azərbaycan kinosunun ən gözəl qadınlarından biri olan Leyla Şıxlinskaya deyib. 
Xalq artisti sənət dostu, “Gün keçdi” filmində onunla birlikdə rol alan Həsən Məmmədovu da xatırlayıb.
“Həsən Məmmədov heç kimə bənzəmirdi. Mən buna əminəm ki, onun kimi aktyor Azərbaycan kinosuna gəlməyəcək. Filmdə yaxınlaşıb mənim əllərimdən tutmalı idim. Həsən əllərini çiynimə elə qoydu ki, elə bil kəpənəyə toxunur. Mən də deyirəm ki, “Həsən, əllərini qoydun  ya yox?”. Rejissor qışqırdı ki, “Həsən əllərini Leylanın çiyninə qoy”. Həsən şərt kəsdi ki, bütü kadrarxasında çalışan şəxslər povilyondan çıxsın. Hamı povilyondan çıxdı. Təkcə mən, rejssor Arif Babayev və operator Rasim İsmayılov qaldı. Çox utancaq biri idi. Həm də qızıl xasiyyətində idik. Onunla birlikdə 3-4 filmdə çəkildik” deyə aktrisa bildirib.
 
Xalq artisti bildirib ki, ölkə başçısı hər zaman mədəniyyət sahəsinə xüsusi diqqət ayırıb.
“Bu gün ölkə başçısı tərəfindən mədəniyyətimizə çox böyük diqqət və qayğı göstərilir. Hər şey göz önündədir. Lakin, bəzi şeylər bir o qədər də tam da insanları tanımadan, şəxsiyyətinə bələd olmadan güvənmək məsələsidir. Kinomuzla, mədəniyyətimizlə bağlı. Bundan əvvəl Mədəniyyət Naziri təyin etdilər. O bu güvəni doğrultmadı. Sadəcə bax, bu məsələlərə üzülürəm. Bir balaca xahiş etmək istərdim, sadəcə xahiş. Bu sahə hər adama etibar edilməsin. Çünki sonradan güvən doğrulmur və yenə də itirən mədəniyyətimiz, kinomuz, musiqimiz, teatrımız olur. Düzdür, bütün bunlara ölkə başçısı nəzarət edir. Bizə sadəcə dua etmək qalır ki, kimsə səni görsün, kəşf etsin və bu cür böyük bir posta layiq görsün. Mən deməzdim ki, nəzarət generala, yaxud hər-hansısa güclü bir siyasətçiyə tapşırılmalıdır ki, bunların öhdəsindən gəlsin. Hər kəs sadəcə bir az işində məsuliyyətli olmalıdır” deyə sənətkar bildirib./moderator 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10