Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Video) Masallı şəhərinin mərkəzində yaşayan 70 yaşlı tənha qadının dəhşətli həyatı



Doğrudanmı, bu qadının pensiyasını özünə vermirlər?

Bəlı, Masallı  şəhərinin mərkəzində, keçmiş avtovağzalla üzbəüz, Polis Şöbəsinin 50-60 metrliyində, T. Bayraməlibəyov küçəsinin başlanğıcında bir ev var; təxminən 0, 10 ha torpaq sahəsinin içində 3 otaqlı bir ev. (Otaqlardan 2-si tam təmirli və yaşayış üçün yararlı ). Həmin  evdə 70 yaşlı, tənha, hamının diqqətindən kənarda qalıb.

27 aprel 2023-ci ildə “ÜMİDİM SƏNSƏN” və cenub.az saytın bir zəng gəldi. Bildirdiyinə görə, Elvin adlı  şəxsdir. Səhəri gün, aprelin 28-də həmin evə geydik. Daha sonra Masallı İHB-nin  Masallı  Şəhər üzrə nümayəndəsi əvəzi Rövşən müəllimə zəng vurduq. O da heç 10 dəqiqə çəkmədi ki, həmin evə gəldi. Aydınlaşdı ki, Zeynəb adlı bu qadının 70 yaşı var. Oğlu Rusiyada, gəlini isə qonşuluqda yaşayır. Ətrafdakı insanların bir çox etiraf etdi ki, qohumların bu qadına baxmır. Pensiya kartı qardaşındadır. Ona 360   manat pensiya təyin olunub.

Söhbətə qoşulan qonşudakı gəlini bildirdi ki, Rusiyada yaşayan oğlu ona vaxtaşırı  pul  göndərir. Ona hər gün diqqət edirik. Qonşular və digərlər onlar deyəni qətiyyətlə inkar etdi. Dedilər, bu qadının pensiyasını yeyir. Qadən bəzən özündə olmayıb. Əsas yola çıxır. Yemək yeyə bilmir. Ona qonşular hərdən yemək verir.

Nəhayət, Təcili Yardıma zəng vurduq. Həkimlər dedi ki, açıq görünür ki, bu həfələrə, aylarla bu qadının təmizliyi ilə məşğul olmayıblar. Oğlundan pul alınıb Təcili Yardım maşınında onu təmizliyə aparıb, sonra Masallı Mərkəzə yerləşdirdilər. Son məlumata görə  vəziyyəti olduqca kirtikdir.

Həmin ərazidə olarkən bir-birinə zidd çox fikiər eşitdikə

  1. Biri deyir ki, gözləyir ölsün bu qadın dünyasını dəyişsin ki, həyətin, evin satsınlar.
  2. - Digəri deyir ki, elə onun 2 təmirli evin bir imkansıza versinlər, o da həmin qadına qulluq etsinlər. Elə pensiyasının da yarısın kimə versələr, ona qulluq edər.
  3. Niyə rayonun mərkəzində bir insan mıhv olur, heç kimi onun qapısını açmır.
  4. Qısası qaranlıq məqamlar çoxdur. Araşdırmalarımız davam edir. Amma həyət-bacaya ötəri nəzər salmaq da kifayətdir ki, buranı laqeydlik və biganəlik məskəni sayasan.
  5. Cenub.az. Zahir Əmənov.
  6. Həmin evdən çəkdiyimiz videonu yazıya əlavə edirik.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10