Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdə dəhşətli faciə: bir ailənin 4 üzvü öldü (YENİLƏNİB)


Lerik rayonun Tikəband kəndində elektrik cərəyanı nəticəsində ölən 4 nəfərin şəxsiyyəti müəyyən edilib.

Lerik rayon prokurorluğundan verilən məlumata görə, bunlar 1941-ci il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B-dır (azyaşlının ad və soyadı şərtidir).

Qeyd edək ki, onlar bir ailənin üzvləridir. 

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

***

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Lamiyə

MİA.AZ






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10