İngilis tarixçisi Riçard Overi 2007-ci ildə nəşr olunan “Times Complete World History” kitabında tarixin gedişatına ən çox təsir edən 50 ən mühüm hadisəni yazıb.
Dünyaya ən çox təsir edən və tarixi formalaşdıran mühüm hadisələrdən bəzilərini təqdim edirik:
Odun kəşfi bəşər tarixindəki ən mühüm hadisələrdən biridir. Alovun ilk kəşfi 1.700.000 il əvvələ təsadüf edir.
Qədim dövrlərdə bu gün evimizdə saxladığımız bir çox heyvan o qədər də məsum olmayıb. Bu heyvanlara kənd təsərrüfatında istifadə olunan quş, qoyun və mal-qara daxildir. Heyvanların əhliləşdirilməsi 23.000 il əvvələ gedib çıxır.
Dünya tarixinin dönüş nöqtələrindən biri olan təkərin ixtirası 5500 il əvvələ təsadüf edir.
Bəşəriyyət üçün mühüm addım olan əlifbanın ixtirası 5000 il əvvələ gedib çıxır.
Müqəddəs hesab edilən dinlərin yaranması bəşəriyyət üçün böyük bir inkişaf olub. İlk dini yazılar 3200 il əvvələ aiddir.
Pulun ixtirası dünya tarixini dəyişdirən mühüm hadisədir. İlk sikkənin qəbulu və kəşfi 2300 il əvvələ təsadüf edir.
Mətbəənin ixtirası ilə dünya tarixi əhəmiyyətli dəyişikliklərə məruz qaldı. Çap maşınının ixtirası eramızın 593-cü ilinə təsadüf edir.
İntibah dövrü ilə müasir dünya inkişaf edib və Orta əsrlər tarixi sona çatıb. İntibah 15-16-cı əsrlər arasında baş verib.
1453-cü ildə Fateh Sultan Mehmed tərəfindən İstanbulun fəthi ilə böyük bir tarixi inkişaf yaxınlaşıb. Bəzi mənbələrə görə orta əsrlərin bağlanması İstanbulun fəthindən sonra baş verib.
Kristof Kolumbun 1492-ci ildə Amerikanı, Yeni Dünyanı kəşf etməsi mühüm tarixi hadisədir.
Aleksandr Qraham Bell 1876-cı ildə telefonu icad edib. Telefonun ixtirası rabitə şəbəkələrinin əsası olub.
Elektrikin ixtirası elektron dövrə keçidi asanlaşdırdı. Tomas Edison 1879-cu ildə elektrik lampasını icad etdi./lent.az