Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Vergilər idarəsinin qarşısında dava - əməkdaşlara balta ilə hücum olub


Cenub.az bildirir ki, 20 aprel 2023-cü ildə,  təxminən gündüz saat 12 radələrində 6 saylı Ərazi Vergilər  İdarəsinin Masallıdakı Xidmət Mərkəzinin qarşısında əməlli-başlı dava olub və vergi əməkdaşlarına balta ilə hücum edilib. Davaya səbəb Masallı Verki  mərkəbaş idarəsinə vətəndaşların qəbulu zamanı növbə məsələsindəki anlaşılmazlıq olub.

Bəs günahkar kimdir? Vətəndaş, ya vergi idarəsi?

Araşdırmalarımız nəticəsində  bəlli olub ki, vergi xidmətində vətəndaşlar elektron növbə əsasında qəbul edilirlər. Yəni, vətəndaş elektron növbə götürür, növbəsi çatdıqda, qəbula girir. Əgər vətəndaş öz növbəsində qəbula vaxtında girmirsə, onun növbəsi itir və yenidən növbə götürməlidir.

Həmin gün Masallı Xidmət Mərkəzinə gələn vətəndaş, Masallının Şərəfə kənd sakini Kərim Kərimov növbəsinə vaxtında gəlmədiyi üçün digərlərinin növbəsinə girmək istəyib. Nəticədə, vətəndaşla vergi işçisi arasında mübahisə yaranıb. Vətəndaşa ciddi-cəhdlə intizama və qaydalara əməl edilməsi təklif olunsa da, o sakitləşməyib, vergi işçisinə qarşı kobudluq edib, təhdid göstərib, mərkəzdə normal iş rejimini pozub. Bununla ürəyi soyumayan vətəndaş yaxınlıqda saxladığı maşınından balta götürərək xidmət mərkəzində vəzifə borcunu yerinə yetirən Ruslan adlı işçiyə hücum çəkib. Xidmət mərkəzinin ofisindəki digər vətəndaşların köməyi ilə vətəndaş zərərsizləşdirilib. 

Olay zamanı 102 xidmətinə zəng edilərək polis işçiləri köməyə çağrılıb və polislər hadisə yerinə gəlib və həmin şəxsi, Kərim Kərimovu polis şöbəsinə aparıblar. Hazırda araşdırma aparılır.

Maraqlıdır, hər gün 100-120 vətəndaşın qəbul olunduğu məkanda niyə polis mühafizəsi yoxdur. Həm də məlum oldu ki, bu qədər insana xidmət etmək üçün burada  ən yaxşı halda 2, hətta bəzən 1 işçi xidmət göstərir. Bu idarənin hər gün 9-da 14-ə də qədər  5 saatlıq iş saatında  100-120 adamı xidmət göstərməsində prpblem yaradır. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur, tez-tez mübahisələr, vətəndaşlarla vergi işçiləri arasında qalmaqal baş verir.

Güman edirik ki, Vergilər Nazirliyi  bu məsələyə həssaslıqla yanaşacaq, hər gün 100-120 nəfər vətəndaşın qəbul edildiyi xidmət mərkəzini tələbata uyğun işçi və mühafizə xidməti ilə təmin edəcək.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10