Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sabiq məhkumları yenidən məhbəsə göndərən SƏBƏBLƏR – Psixoloq danışır


Prezident İlham Əliyevin qərarı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacağı gözlənilir. Xeyli sayda məhkum bu sərəncamla azadlığa buraxılacaq. Bu məsələnin digər əsas bir tərəfi var ki, məhkum olmuş şəxslərin cəmiyyətə adaptasiyası əfv sərəncamından sonra bir daha gündəm olunacaq. 

Maraqlıdır, uzun müddət qapalı yerdə qalan şəxslərin cəmiyyətə adaptasiya üçün necə davranılmalıdır?

Məsələ ilə bağlı psixoloq Fidan Nizamova danışıb. 

Onun sözlərinə görə, həbsdən çıxmış şəxslərin yenidən məhkum olma ehtimalı var:

“Dünya statistikasına görə, həbs həyatından qurtulmuş insanların 60%-i yenidən məhkum olmaq ehtimalları var. Burda əsas problem o insanların sosiallaşmasıdır. Çünki uzun müddət qapalı və müəyyən çərçivə şəraitindən çıxan şəxslər artıq insanlarla ünsiyyətdə və gündəlik həyata öyrəşməkdə problem yaşayırlar. Eyni zamanda, onlara cəmiyyətin də münasibəti fərqli olur. 

Burda növbəti məqam onların maddi dəstəyidir. Məsələn, evi, pulu, gəlir yeri olmayanlar var. Buna görə kiminsə evində qonaq olurlar. Və bu onlara mənəvi pis təsir edir. Nəticədə təkrar yanlış addım atmağa yol açır. 

İkinci məqam isə ətrafdakılar tərəfindən cinayətkar kimi tanınmasıdır. İnsanların ona qarşı qınaq baxışları, ətrafdan gələn sözlər də əsas səbəblərdən biridir”. 

Psixoloq qeyd edib ki, məhbus həyatı görmüş şəxslər psixoloji dəstək almalıdır:

“Məhbəsdən qurtulmuş şəxslərin ən böyük dəstəkçisi ailələri və onun yaxın çevrələridir. O, insanlara fərqli münasibət göstərməmək şərti ilə onların yanında olmaq və anlayış göstərmək lazımdır. Həbsdən çıxan şəxslərə psixoloji dəstək mütləqdir. Çünki onlar kütləvi insanların olduğu yerdən qorxa, insanlara qarşı aqressiyaları ola bilər. Yəni hər hansı bir şəkildə özlərinə və ətrafa qorxu ötürə bilərlər.
Digər bir məqam bağlı şəraitdə yaşayan insanların pis vərdişlərinin olub-olmaması önəmlidir. Bəzən onlar depressiyadan qurtulmaq üçün pis vərdişlərə əl atırlar. Bu da onların cəmiyyət tərəfindən təklənməsi ilə nəticələnir. İnsanlarla ünsiyyət qurmaq, özünə çevrə yığmaq çətin olur onlara. Hər artıq bir söz, baxış onlarda aqressiya yarada bilər”. Lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10