Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İrəvanda cəmi bir dəfə çölə çıxdıq”


“Bayraq namusumuz, qeyrətimiz, şərəfimizdir. Biz hamımız bayrağımızı çalışırıq. Bu bayrağa qarşı olan istənilən hərəkət yolverilməzdir. Biz hər addımın qarşısını almağa hazırıq. İrəvanda olsa, belə. Hadisə baş verən anda biz reaksiyamızı göstərdik. Bayrağa qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik”.

Bunu açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev deyib.

O bildirib ki, bu barbarlıq onu göstərir ki, ermənilər hələ də sülh istəmir:

"Onu cəzaçəkmə müəssisəsindən buraxırlar. Bu, yolverilməzdir. Biz bunu qəbul edə bilməzdik. Azərbaycana qarşı nifrətləri, fobiyaları var. Ona görə də hadisə baş verən anda biz qərar verdik ki, orada qalmayaq. Dərhal məlumat verdik. Sağolsun dövlətimiz, ilk andan sona kimi yanımızda oldu. Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyevanın və xalqımızın dəstəyini hiss elədik. Bilirdik ki, Azərbaycan bizim yanımızdadır. Biz getmək qərarı verdik. Baxmayaraq ki, həm onların hakimiyyəti, həm Beynəlxalq Ağır Atletika Federasiyası bizim orada qalmağımızı istəyirdilər. Ona görə də qərar verdik ki, ilk imkandaca Ermənistanı tərk edək.

- Orada reaksiyalar necə oldu?

- Ancaq Türkiyə yığmasının dəstəyini gördük. Onlarla əlaqədə idik, eyni mərtəbədə qalırdıq. İlk andaca bizə dəstəklərini göstərdilər.

- Hotelde olduğunuz zaman sizinlə əlaqə yox idi. Həmin an nə baş vermişdi?

- Düşünürəm ki, bu, bilərəkdən edilmiş addım idi. Çünki, bu hadisə baş verən anda internet kəsilmişdi. Bizə qəribə gəldi. Yerli televiziyada bayrağın yandırılması epizodu bilərəkdən göstərilməmişdi. Qısa vaxt sonra onun sosial şəbəkələrdə yayıldığını gördük. Onda internetin niyə kəsildiyini başa düşdük.

- Bu hadisəyə qədər üzərinizdə psixoloji təzyiq hiss edirdiniz?

- Yox. Həmin ana kimi bizim idmançılarda heç bir qorxu hissi yox idi. Bizim erməni ictimaiyyəti ilə hər hansı təmasımız olmadı. Tbilisidə bizi qarşı tərəfin təhlükəsizlik orqanları qarşıladılar və İrəvana qədər gətirdilər. Oradan da otelə getdik. İlk günü oteldə qaldıq, çölə çıxmadıq. 14 apreldə cəmi bir dəfə çölə çıxdıq, məşqə getdik. İctimaiyyətlə heç bir əlaqəmiz olmadı. 

- İdmançılarımızdan qorxmuş olanlar ola bilər?

- Ola bilərlər. Sizə bir faktı deyim. Açılış mərasimindən öncə biz günorta komanda ilə ilk və yeganə məşqə getdik. 4 nəfərlik kiçik bir heyət idik. Belə yarışlardan öncə adətən idmançılar maksimum güclərini qoya bilirlər. Şahidi olduq ki, bizim uşaqlar məşqlərdən daha yaxşısını göstərdilər. Bu, o deməkdir ki, biz yarış vaxtı daha çoxunu edəcəkdik. Həmin vaxt Ermənistan millisi məşq zalına gəldi. Mən belə başa düşdüm ki, bizim idmançıların qızıl medal qazanmaq şansını gördülər. Ola bilər ki, baş vermiş hadisə də buna görə ola bilər".

qafqazinfo 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10