Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yandırılıb külü okeana tökülən Əməkdar artistimiz kimdir?


Pulu olmadığına görə, dəfn edilməyib, meyiti yandırılaraq, külü okeana tökülən bir aktrisa olduğunu bilirdiniz? Belə bir insan yaşayıb. Hətta dahi Üzeyir Hacıbəyov onu “Ürəkləri fəth edən qadın” adlandırıb. Söhbət Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanovadan gedir.

O, 1924-cü ildə Bakıda anadan olub. Konservatoriyanı bitirdikdən sonra Üzeyir Hcıbəyovun təkidi ilə Opera teatrına gəlib və maraqlı obrazlar yaradıb. 200-dən çox mahnı ifa etmiş gözəl müğənni  "Görüş", "Telefonçu Qız" və başqa filmlərdə epizodik rollarda çəkilib. Opera səhnəsində "Arşın Mal Alan"da Gülçöhrə, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Nigar obrazını oynayıb.

Sona xanım 1994-cu ildə ABŞ-a oğlunun yanına köçüb. 2008-ci ildə iflic olduqdan sonra səsini itirib. 2011-ci ildə 87 yaşlı Sona Aslanova Los-Ancelesda vəfat edir. ABŞ-da dəfn xərcləri çox baha olduğundan, oğlunun imkanlarının olmadığını bilən ana cənazəsinin yandırılıb, külünün okena səpilməsini vəsiyyət edib.

Yaxın qohumlarının dediyinə görə, o, bunu ürəkdən arzulamayıb. Bakıya dönməyi arzu etsə də, bu arzu imkansızlığa görə çin olmayıb. Oğlunu çətinliyə salmamaq üçün belə bir vəsiyyət edib.

Lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10