19 iyun 2019cu il. 14.00. Masallı Olimpiya İdman Kompleksinin örtülü zalında yüzlərlə tamaşaçı olduqca maraqlı oyun izlədi.
AFFA-nın təşkil etdiyi məktəblilərin “Coca –Cola” mini futbol turnirində Şəhər 4 saylı Digah tam orta məktəbin 14-15 yaşlılardan ibarət komandası ölkənin 2 mindən artıq məktəb komandası sırasında bütün rəqiblərinə qalib gələrək Respublika finalına vəsiqə qazanmışdı.
Finala qədər Digah 4 saylının komandası çox uğurlu yol keçmişdi. Öncə Masallıdakı bütün rəqiblərini məğlub etmişdilər.
2-ci mərhələdə Lənkəran, Astrar, Cəlilabad, Lerik, Yardımlı komandaları masallılarla görüşlərdə ağır məğlubiyyətə uğradılar.
3-cü mərhələdə Muğan zonasını təmsil edən Sabirabad və Kürdəmir məktəblilər masallılarla məğlubiyyətdən qurtara bilmədi. Nəhayət, Bakıda Beylaqan 4/1 finalda masallılara məğlub oldu.
Yarım finalda isə Bakının Xəzər rayonunun məktəbli futbolçuları da masallılar qarşısında “ağ bayraq” qaldırdı.
Sonda, finalda – Masallı Olimpiya kompleksində Ağdam və Masallının 14-15 yaşlı futbolçuları mini futbol yarışmasında üz-üzə gəldilər. Masallılar oyunun ilk dəqiqəsinə qolla başladığı kimi son dəqiqələri də qolla bitirdilər. Ümumilikdə isə ağdaşlıların qapısına 1-ci hissədə 3, 2-ci hissədə 2 cavabsız top vurmaqla 5:0-lıq qələbəyə nail oldular.
Qol vuran futbolçular aşağıdakılardır:
- İsmayıl (qapıçı, penalti) ilk dəqiqələrdə
- Rəfael həsənov
- Mehti Cavadov
- Tağı Nağıyev
- Elman Şirinov
Komandanın üzvlərindən Xədicə Bəşirova və Sadiq Bəşirov bacı-qardaşlarının oyunu maraqlı təsir bağışladı.Komandanın məşqçiləri- Qabil və Emil Mahmudovlar
AFFA-dan bu yarışı izləməyə qurumun məsul işçisi Elxan Məmmədov və Neftçi-nin keçmiş futbolçusu Asif Əliyev, eləcədə yarışın təşkilatçısı Koko-Kolanın rəsmiləri gəlmişdi.
Masallının qalib komandasına – 4 saylı Digah məktəbinin komandasına yarışı kuboku və futbolçulara isə qızıl medallar təqdim olundu.
Xatırladaq ki, ötən il də bu yarışmanın qalibi masallılar olmuşdu- Ərkivan 4 saylı məktəbin futbolçuları.
Bu uğura görə Digah məktəbinin kollektivini ürəkdən təbrik edirik. Görünür, məktəbin yoluna asfalt döşənəndən sonra burada çox işlər rahat gedir –bir şagird maksimum bal – 300 yığır, komanda ölkə miqyaslı qələbə qazanır.
Ləman