Məlum olduğu kimi Masallı rayonu 1-ci və 2-ci Qarabağ savaşlarında 248 şəhid verib. Ölkə üzrə şəhidlərin xatirəsinə inşa edilmiş bulaq və abidələrin sayına görə Masallı ölkə üzrə öncüllər sırasındadır..
Cenub.az saytının təşəbbüsü və saytın redaktoru Zahir Əmənovun redaktorluğu ilə bununla bağlı “Masallı. Abidələşən şəhidlər” adlı video-çarx hazırlanır. (Baş operator Qazi Vadim Eyvazoğludur)
Video çarxda əsasən aşağıdakı məqamlar öz əksini tapacaq:
Xatırladaq ki, şəhidlərin adını əbədiləşdirmək üçün Masallıda 66 abidə və bulaq inşa edilmişdir və edilir
- Şəhid bulaqları – 45 – (3 bulaq da inşa edilir)
- Şəhid abidələri inşa edilmişdir –21. (1 abidə də inşa edilir)
Bu video-çarxda həmin bulaq-abidələrin hər birinin Ərazi Dairələri və həmin dairələrin daxilindəki kəndlər üzrə ayrı-ayrılıqda fotoları və qısa məlumatlar yer alacaq.
1. Medalla təltif edilmiş masallılı şəhidlərin və qazilərin sayı –252
2. Şəhid adı verilmiş məktəblərin sayı-– 55
3. Şəhid adı verilmiş Uşaq Bağçalarının sayı - 3
4. Küçə adı verilmiş şəhidlərin sayı- 252
1. Qəhrəmanlıq parkından fraqmentlər (fotolar)
2. Azərbaycanın Milli Qəhrəman adını qazanan masallılar
Məmmədov Səfəralı Qurban oğlu- Sərçuvar kəndi
Əhədov Elşad Saday oğlu- Təzə Alvadı kəndi
Hüseynov Elşad Eynulla oğlu – Xıl kəndi
(Fotolar və məlumatlar)
“Vətən Müharibəsi Qəhrəmanları”
1. Cəfərov Ramiz Sübhan oğlu-Polkovnik leytenant- “Şərəfə kəndi”
2. Əsgərli İntiqam Bayram oğlu- Gizir- “Viləş kəndi”
Qarabağ savaşında orden alan masallılar- (foto və məlumatlar)
“Azərbaycan bayrağı” ordeni alanların adları
Şirəliyev Sahib Yusif oğlu. Baş leytenant - XTD Ərkivan qəsəbəsi
Qasımov Nayıb Akif oğlu – baş çavuş. Mahmudavar kəndi.
Mustafayev Musa Əlövsət oğlu - əsgər. Xoşçobanlı kəndi.
Rukabzadə İbrahim Rasif oğlu – əsgər. Boradigah qəsəbəsi.
Seyfullayev Araz Elsevər oğlu- əsgər. Masallı şəhəri.
Dəmirov Firudin Əlibala oğlu - əsgər (1-ci Qarabağ müharibəsi) Təklə kəndi.
Ağayev Elşad Aşur oğlu - (1-ci Qarabağ savaşı) – Rota komandiri. Hişgədərə kəndi.
3 masallılı hərbiçi isə bu ordeni sağlığında almışdır-
Masallı şəhərindən olan (İsgəndərli ərazisi) –
Aslanov Seymur Cücəddin oğlu (2-ci Qarabağ savaşı) və Həsənli kəndindən Əhədov Maqsud Həsən oğlu. Yenə də Həsənli kəndindən Məmmədov Vüqar Məmmədhüseyn oğlu.
3-cü dərəcəli “Rəşadət” ordeni alanların adları
1. Məhərrəmov Vüsal Aslan oğlu – leytenant- Hişkədərə kəndi
2. Hüseynov Rafail Teymur oğlu – əsgər- Qarğalıq kəndi
3. Şahbazov Kənan Natiq oğlu- əsgər- Çaxırlı kəndi
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alanların adları
1. Novruzov Anar Gülverdi oğlu- mayor (Tovuz döyüşləri şəhidi) - Ərkivan qəsəbəsi
2. Hüseynov Zaur Vaqif oğlu – leytenant- Hişkədərə kəndi
3. Əbilov Nurlan Fərrux oğlu – əsgər- Şərəfə kəndi
4. Əliyev Əlisa Arif oğlu – əsgər- Qızılağac kəndi
5. Əliyev Məhəmməd İlham oğlu – əsgər- Banbaşı kəndi
6. Quliyev Əli Turac oğlu – əsgər- Kolatan kəndi
7. Qurbanov Masim Hafiz oğlu – əsgər- Ərəb kəndi
8. Lətifov Rəşid Güləhməd oğlu – əsgər- Tatyanoba kəndi
9. Nefesov Murad Ocaqdurdu oğlu – əsgər- Masallı şəhər
10. Nüsrətbəyli Ülvi Arif oğlu – əsgər- Yeni Zuvand kəndi
11. Əlizadə Famil Habil oğlu- əsgər- Ərkivan qəsəbəsi
Masallı şəhidlərinin cəm sayı 248 nəfər
2-ci Qarabağ savaşı 62 nəfər (onlardan 11 nəfəri rayondan kənar ərazilərdə dəfn edilib)
Xüsusi qeydlər-
Qəriblər ərazi dairəsi üzrə (Qəriblər, Şıxlar, İsi, Dəmbəlovv) həm 1-ci, həm 2-ci Qarabağ savaşında şəhidi olmamışdır.
Masallıda ilk Şəhidlər Bulağı Ərkivan qəsəbəsinin Miyondi məhəlləsində, Şah Səfi bulağının cənub tərəfində inşa edilib.
Olduqca həssas mövzu olduğu üçün, xahiş edirik, , hamı diqqətlə baxsın ki, video-çarxda hər hansı yanlışlığa yol verilibsə, kimlərinsə adı düşməyib, yaxud səhv gedibsə, eləcə də arzu və təklifi olanlar bizimlə əlaqə saxlasın
Bu video-çarxın hazırlanmasında, xüsusən məlumatların toplanmasında bizə yaxından köməklik göstərmiş İHB-nin müavini Adəm Məhərrəmova, İHB-nin əməkdaşları Nurlan Muradov və Kənan Ağayevə, fotoqraf Rəşada təşəkkür edirik.
Artıq ilkin montoj işlərinə başlanılıb.
Cenub.az. Fidan Abbaslı