Məşhur mesajlaşma proqramı “WhatsApp”da fərdi çatları yad adamlardan bloklamağa imkan verəcək yeni məxfilik funksiyası olacaq.
Yenilik tətbiqin 2.23.8.2 beta versiyasında görünüb.
Bildirilir ki, bloklanan çata giriş yalnız barmaq izi və ya parolla mümkün olacaq. Beləliklə, istifadəçinin yazışmaları üçüncü şəxslərdən qorumaq mümkün olacaq.
Əgər kimsə müdafiəli çata daxil olmağa çalışırsa və tələb olunan autentifikasiyanı təqdim etməsə, ondan çatı açmaq üçün söhbəti silmək istəniləcək.
Həmçinin məxfilik üçün bloklanmış çatlar digərlərindən ayrı yerləşdiriləcək. Bura göndərilən foto və ya video kimi media fayllar isə cihazın yaddaşında avtomatik saxlanmayacaq.
Yeni funksiya mesencerin gələcək yeniləməsində əlavə olunacaq. (oxu.az)