Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Laçın aeroportunun yeni görüntüləri - Video


Laçın Beynəlxalq Hava Limanının tikintisi işləri sürətlə davam etməkdədir.

Cenub.az Xezerxeber-ə istinadən xəbər verir ki, çətin relyefli ərazidə inşa ediləcək hava limanının uçuş-enmə zolağının salınması üçün torpaq qatı hamarlaşdırılır. Bütün bu işlər yekunlaşdıqdan sonra isə hava limanının inşasına başlanılacaq.

Bildirilir ki, Laçın Beynəlxalq Hava Limanı coğrafi baxımdan çox mürəkkəb yerdə yerləşir. Burda böyük həcmdə torpaq işlərinin aparılmasına ehtiyac var.

Ağır texnikalar vasitəsilə qazma işləri aparılır. Texnikaların qaza bilmədiyi nöqtələr isə partladılır.

Kəlbəcər rayonuna isə 60 kilometrlik məsafədə yerləşən hava limanı təkcə Laçına deyil, Kəlbəcərə də gediş-gəlişi asanlaşdıracaq. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artmasına səbəb olacaq.

Hava limanının gələn ilin sonunda istismara veriləcəyi palanlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10