Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astarada ETİRAZ: "Müəllim işdən çıxarılsın"


Astara rayonunun Motalayataq kənd sakinləri Sarvan Qurbanov adına kənd orta məktəbin Riyaziyyat və İnformatika müəllimi Ramin Böyükağa oğlu Əliyevin işdən çıxarılmasını tələb edirlər.

Sakinlər həmin müəllimin dəfələrlə kənddə əxlaqsız hərəkətlər etdiyini, ayrı-ayrı evli qadınlarla münasibətdə olduğunu iddia edirlər. Bu səbəbdən kənd camaatı Ramin Əliyevin məktəbdə müəllim kimi işləməsinin düzgün olmadığını deyirlər. 

Məsələni aydınlaşdırmaq üçün Lənkəran-Astara regional təhsil idarəsinə müraciət etdik.

Lənkəran-Astara regional təhsil idarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Alim Əliyev açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Məsələ nəzarətə götürülüb. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək”. /Lent.az








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10