Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakı bulvarında intihar edən şəxs lənkəranlı müəllim imiş - Foto


Martın 24-də Bakı şəhər Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında özünü dənizə ataraq intihar edən şəxsin müəllim olması üzə çıxıb.

Estakadadan özünü dənizə ataraq həyatına son qoyan Lənkəran rayon sakini 50 yaşlı Rəhimov Rasim Həsən oğlu coğrafiya müəllimi olub. O, xeyli vaxt Lənkəranda pedaqoji fəaliyyət göstərdikdən sonra paytaxta köçərək hazırlıq kursunda çalışırmış.

İlkin ehtimala görə, R.Rəhimov ailədaxili problemləri ilə əlaqədar həyatına son qoyub. 

Faktla bağlı araşdırmalar davam etdirilir.




Qafqazinfo





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10