Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kissincer: "İkinci soyuq müharibə birincidən daha təhlükəli olacaq"


ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ikinci soyuq müharibənin birincidən daha təhlükəli olacağı barədə xəbərdarlıq edib.

Xarici mediaya istinadla xəbər veririk ki, Kissincerin sözlərinə görə, son qlobal iqtisadi və siyasi qarşıdurma zamanı rəqiblərin maliyyə və iqtisadi imkanları qeyri-bərabər olub və bu, ABŞ-ın “qələbəsini” təmin edbi. Bu dəfə Kissincer qeyd edir ki, həm ABŞ, həm də Çinin imkanları bərabərdir və Vaşinqton Çinin tezliklə “qərbləşəcəyini” gözləməməlidir.

Bir müddət əvvəl köşə yazarı Ketlin Bruş “American Thinker” jurnalına yazdığı məqalədə ABŞ administrasiyasının Rusiya və Çindən fərqli olaraq siyasi yaddaş məsələsinə yanlış yanaşmasının ABŞ-ı uduzmuş vəziyyətə saldığını bildirmişdi.

Çin və Rusiyadan fərqli olaraq, ABŞ elitası və hakimiyyət orqanları, müəllifin hesab etdiyi kimi, öz siyasi yaddaşını keçmişin qəhrəmanlıq anlarına deyil, köləlik və ya sistemli irqçilik kimi mənfi məqamlara cəmləşdirir.

Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10