Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Saat 12-dən sonra||--||



Saat 12-dən sonra




Təhsil Şöbəsi ilə üzbəüz olan Əhalinin Məşğulluq İdarəsinin qapısı isə bağlı idi. Rayon Mərkəzi Xəstəxanasında isə vəziyyət daha acınacaqlı vəziyyətdədir. Yeni təmirdən çıxmış bu sağlamlıq ocağında başımıza gələnlər sizi təəccübləndirməsin. Burada hər hansı bəni-insana rast gəlmədik. Xeyli axtarandan sonra orta yaşlı bir həkim tapdıq. . Suallarımıza cavab verən bu adam :�Yay vaxtıdır, hamı istirahətdədir�- dedi. Bəs bura bir xəstə gətirilsə, nə olar? Sualımıza yarı ciddi, yarı zarafat cavab verən bu adam bildirdi ki, ya həkimin dalınca düşməlisən, ya da pul verib xəstəxanaya gətirməlisən.

Xəstəxanadan xəstə vəziyyətdə ayrılıb üz tutduq Rayon İcra Hakimiyyətinə ki, gördüklərimizə bəlkə burada bir aydınlıq gətirək. Binanın qabağına çatanda qapının ağzında 5-6 qoyunun yaşıl kolları yeməsini gördüm. Ətrafda gözə ins-cins dəymirdi. Qoyunları bir tərəfə qovduqdan sonra qapını döyüb içəri baxdıq. İçəidə kimsə var idi. Deyəsən, lap yatmışdı. Qəfil səsdən diksinən polis məni qarşısında görəndə duruxdu. Əvvəlcə nə edəcəyini bilmədi. Cəld əlini qulağının dibinə apardı. Gəlişimizin səbəbini öyrənəndə dəsmalını çıxarıb başından üzünə süzülən tər damcılarını silərək: �Elə bildim yuxarıdan gəlmisiz. Lap ürəyimi yedim� - dedi. İcra başçısını soruşanda gülümsəyən polis bunları bildirdi: �Hər gün İcra Başçısı saat 12-dən sonra ya Demana, Peştəsərə, ya da Şəlaləyə istirahətə gedir. Bu gün isə səhər də gəlməyib, deyəsən şəhərə gedib. �Bəs bura kim baxır?� sualına: �Buranın ağası Zakir İmanovdur. Zəng vurun gəlsin�- cavabını verdi. Daha qəribəsi isə polisin mənim �Cənub Xəbərləri� qəzetindən gəldiyimi biləndə qopardığı hay-küy oldu. O, əsəbi halda: �Elə etmə, səni də Gülbalanın gününə salarıq, ağlın başına gələr�-deyə məni hədələdi. Mən də �qorxumdan� evə qaçıb, bu yazını yazdım.

Xatırladım ki, Gülbala qəzetimizlə əməkdaşlıq etdiyinə görə işlədiyi kitabxanaçılıq vəzifəsindən kənarlaşdırılmışdı və sonra da məhkəmə vasitəsilə işinə bərpa edilmişdir.

Ülvi Məmmədli 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10