Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Mahmudavarlı qız ABŞ-da dünyanın 1 saylı universiteti sayılan MIT-yə qəbul olunub (YENİLƏNİB)


Bu, ABŞ-da təhsil alan 2-ci mahmudavarlı qızdır

Cənub.az bildirir ki, Masallının Mahmudavar kəndindən olan Dəniz xanım Sattarli dünyanın ən yaxşı universiteti sayılan Massachusetts Texnologiya Universitetinə bakalavr üzrə tələbəsi olub. O,  ölkəmizdən bu universitetə daxil olan ilk qızdır.

Cenub.az-ın əldə etdiyi məlumata görə Səttarlı Dəniz Zaur qızı 2006-cı ildə Masallı rayonuun Mahmudavar kəndində anadan olub. İlk təhsilinə Mahmudavar məktəbində başlamışdır. 2017-ci ildə 2-ci nəticə göstərərək Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul olunub.

2020-2021-ci tədris ilində 9-cu siniflər üzrə buraxılış imtahanında 300 bal yığaraq maksimum nəticə gostərmiş və respublika birincisi olmuşdur.

Dəniz 2 il ard-arda Respublika Fənn Olimpiadaları birinci olub. Belə ki, ilk olaraq 2021-ci ildə 9-cu siniflər arasında, 2022-ci ildə isə 10-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn olimpiadasında 2-ci dəfə qızıl medala layiq görülmüşdür.

Ötən ilin (2022) 10-18 iyul tarixlərində isə Çində 54-cü Beynəlxalq Kimya Olimpiadasında (IChO) Dəniz Səttarlı bürünc medal qazanıb.

Qeyd edək ki, Dəniz MİT-lə yanaşı daha iki universitetə - dünya reytinqində 12-ci yerdə olan Naynang Texnologiyaları Universitetinə (Sinqapur) və dünya reytinqində 100-cü yerdə olan Çapel-Hill Şimali Karolina Universitetinə (Amerika) qəbul olub. 

Cənub.az xatırladır edir ki, buna qədər Mahmudavar kəndindən xanım olaraq yalnız Arzu Ağayeva Amerikada ali təhsil almağa müvəffəq olmuşdu. Belə ki, ABŞ-ın Los Angelesdə şəhərində bakalavr təhsili alan Arazu Ağayeva, hazırda Bruklin şəhərində yaşayır.

Faiq Hüseynzadə, cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10