“Mançester Siti”nin ulduzu Erlinq Haaland UEFA Çempionlar Liqasında “Leyptsiq”ə 2 dəqiqə ərzində 2 qol vurub.
Norveçli ulduz 25 matçda 30 qol vuraraq Çempionlar Liqasında bu rəqəmə çatan ən gənc oyunçu olub.
Haaland ilk hissədə het-trik edərək Mbappe və Messinin rekordunu qırıb. İkinci hissədə daha 2 qol vuran və matçda 5 qola çatan Haaland bir matçda ən çox qol vuran Messinin rekordunu təkrarlayıb.
Beləliklə, Haaland Çempionlar Liqasında:
30 qola çatan ən gənc oyunçu;
25 oyunda 31 qol vuran ilk oyunçu;
Pley-off roundda het-trik edən ilk "Mançester Siti" oyunçusudur./qafqazinfo