Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivanda qaçırılan və tapılan qız etiraz edir:- Mən qaçmamışam, məni zorla qaçırdıblar


Cenub.az olaraq 2 gün öncə xəbər vermişdik ki, Masallı Rayonunun Ərkivan qəsəbə sakini, 11-ci sinif şagirdi, 17 yaşlı Sevda Nahid qızı Tağıyeva repetitor yanına gedərkən naməlum şəxslər tərəfindən qaçırılıb. Daha sonra aydınlaşıb ki, S. Tağıyeva Cəlilabad rayonuna aid nömrə nişanlı, qara rəngli Jiquli markalı maşınla qaçırılıb. Masallı polis şəbəsi hadisəyə operativ reaksiya verərək araşdırmaya başlayıb. Olayın izi ilə Cəlilabad Polis Şöbəsinə üz tutan Masallı polisləri qızı qaçıran şəxsi tapıblar. S. Tağıyeva- qaçırılan qız bir neçə saatdan sonra ailəsinə qaytarılıb.

Bundan sonra Qafqazinfo.az və digər saytlar DİN Cənub Regional Mətbuat Xidmətinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, S. Tağıyeva Masallı Polis Şöbəsində izahat verərkən bildirib ki, o, zorla yox, könüllü şəkildə, öz razılığı ilə, evlənmək məqsədi ilə qaçırılıb. 

Bu məlumat qızın valideynləri tərəfindən kəskin etirazla qarşılaşıb. Bu gün bizə zəng vuran qızın qohumu (xahişi nəzərə alınaraq adını açıqlamırıq) cenub.az-a bildirib ki, qaçırılan qız ailəsinə deyib ki, o, 2 nəfər, tanımadığı şəxs tərəfindən zorla qaçırılıb. “Həmin adamı tanımıram, mən intensiv şəkildə qəbul imtahanlarına hazırlaşıram, nə həmin şəxslə, nə də digər hər hansı şəxslə, özü də bu şəkildə evlənmək barədə düşünmürəm. Təkidlə bu adam oğurluğu edən şəxsin ciddi cəzalandırılmasını istəyirəm”.

Hazırda bu olayda adı hallanan şəxs saxlanılıb.

Qızın valideynləri həmçinin təkidlə bu barədə yanlış məlumat yayan saytlardan təcili təkzib verməyi tələb edir.

Cenub.az Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10