Tədbirin maraqlı məqamlarından biri də ssenari müəllifi Arif Əliyevin olduğu “Əsgərlər unudulanda ölürlər” filminin bu sərgidə nümayişinin nəzərdə tutulmasıdır
Ölkənin ən nüfuzlu qurumlarının, Azərbaycan Nəşriyyatlar Assoasiyasının,Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Lənkəran şəhərində 3 gün davam edəcək kitab sərgisinə start veriləcək.
Sərgi möhtəşəm proqram və çoxçeşidli kitablarla qarşınızda olacaq. Ən maraqlısı isə ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə baş tutacaq sərgidə 90 %-dək endirimlər tətbiq olunacaq.
Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klasslar keçiriləcək. Sərgidə 10-dan artıq müəllifin kitablarının təqdimatı və imza günü nəzərdə tutulub.
Ən maraqla gözlənilən məqamlarda biri də ölkəmizin tanınmış mətbuat kapitanlarından sayılan Arif Əliyevin “Yalama” kitabının imza günü və həmin kitabın əsasında çəkilmiş “Əsgərlər unudulanda ölürlər” filmin nümayişidir. Film 1920-ci ilin aprelində ruslaın 350 nəfər qəhrəmanımızın şəhidliyi ilə nəticələnmiş ölkəmizə işğalı ilə bağlıdır. Filmin nümayişi sərginin 2-ci günü, saat 17.00-da, Lənkərandakı Heydər Əliyev Mərkəzində olacaq.
Sərgi 12-si martda baş tutacaq.
Kitab sevərlər yəqin ki, bu tədbirdə böyük həvəslə iştirak edəcək.
Sərgi Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində mart ayının 10, 11, 12-i tarixlərində baş tutacaq
Cenub.az. Fidan Abbaslı