Cenub.az xəbər verir ki, bu gün, martın 9-da, saat 17:10 radələrində, 2005-ci il təvəllüdlü Ərkivan qəsəbə sakini S. T repetitor yanından evə qayıdarkən, həmin qəsəbənin ərazisində, daha dəqiq desək, Həsənəküçə və Abbaslı məhəllələrini ayıran kənd yolunda, Qəsəbə Ərazi Dairəsinə və valideynlərinə məlum olmayan şəxs (yaxud şəxslər ) tərəfindən qaçırılıb. S. T 11- ci sinif şagirdidir.
Onun 18 yaşı bu ilin sonunda tamam olacaq. Qızın qaçırılması haqqında məlumat Ərkivan qəsəbə Ərazi Dairəsi və yaxın qohumları tərəfindən təsdiq olunub. Olayla bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat verilib.
Sakinlərin bildirdiyinə görə, qızı qaçıran şəxslər onu Cəlilabad Rayon Dövlət nömrəli maşınla aparıblar. Masallı Rayon Polis şöbəsi operativ araşdırmaya başlayıb.
Qaçırılan qızın olduqca tərbiyəli olduğu, həm də böyük səylə qəbul imtahanlarına hazırlaşdığı bildirilir.
Cenub.az. Zahir Əmənov
xəbərdən istifadə edərkən istinad vacibdir