Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Şeyx Sərdarın ev dustaqlığına buraxılması istənildi


Dövlətə xəyanətdə ittiham olunaraq tutulan ilahiyyatçı Şeyx Sərdarın (Sərdar Babayev) məhkəməsi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.

İclasda elan edilib ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.

Lakin 2021-ci ildə onun barəsində yenidən cinayət işi başlanıb və həbs olunub. Babayevin vəkili Cavad Cavadov iclasda qeyd edib ki, ittihamda olan bir çox məqamlar, ümumiyyətlə, S.Babayevin həbsdə olduğu dövrlərə təsadüf edir və bir şəxs həbsdə ola – ola həmin cinayətləri törədə bilməz. Müdafiəçi istintaqın düzgün aparılmadığını deyib və buna görə də işə xitam verilməsi ilə bağlı vəsatət verib.

Həmçinin oxuyun: Kapital Bank добавил функцию оплаты в рассрочку в свою услугу Mobile POS

Bu vəsatətin təmin olunmayacağı təqdirdə isə müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib: “Bildiyiniz kimi 2021-ci ildə İranla Azərbaycan arasında siyasi gərginlik yarandı. Həmin ərəfədə Azərbaycanda ruhanilərə qarşı əməliyyatlar keçirildi. Bir neçə şəxs tutuldu. Sərdar Babayev də həmin gərginlik zəminində saxlanılanlardan biri idi. Düşünürəm ki, istintaqda ciddi səhvlər var”.

Prokuror vəkilin vəsatətlərinə münasibət bildirərkən, məhkəmədən vəsatətlərin rədd edilməsini istəyib. Hakimlər müşavirədən sonra hər iki vəsatəti rədd edib. İş məhkəmə baxışına qəbul edilib.

İlkin baxış iclası martın 16-a təyin edilib. Prosesin qapalı keçiriləcəyi ehtimal edilir.

Xatırladaq ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) ittiham edilir.

Amin Nəzərli

Qafqazinfo






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10