Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı İcra hakimiyyətində kadr dəyişiklikləri və təyinatları davam edir


Ərazi Dairəsi üzrə nümayəndəsi və şöbə müdirlərinin səlahiyyətlərini icra edən müavinlərin sayı artır

 

Cenub.az ,  Masallı  İHB-nin Memarlıq və Tikinti 

 şöbəsinin müdiri postuna hələ də kadr taılmasa da,  həmin şöbənin  məsləhətçisi İnqilab Mirzəyev də 

vəzifəsindən azad edilib. İnqilab Mirzəyev İcra Başçısının digər sərəncamı ilə hazırda 

vakant olan İHB-nin Yeddioymaq Ərazi Dairəsi üzrənümayəndəliyinə  müavin 

təyin edilib. O həm də Ərazi Nümayəndəsinin səlahiyyətlərini icra 

edəcək.

Bir neçə il öncə Masallı İHB-nin Memarlıq və Tikinti şöbəsinin müdiri işləmiş  Cəmil Məmmədov hazırda çalışdığı Masallı Mənzil İstismar İdarəsinin 

mühəndisi vəzifəsindən azad edilərək, əvvəllər İHB-də müdir işlədiyi şöbəyə məsləhətçi təyin edilib.

Masallı İHB-nin Viləş kəndi üzrə nümayəndəliyində məsləhətçi-mühasib işləyən Ağamirzə Kərimov Göyəçöl kəndində eyni, məsləhətçi-köməkçi vəzifəsinə təyinat alıb.

Digər təyinat isə Lürən kəndində olub. Dünən, martin 6-da Lürən Ərazi Dairəsi üzrə nümayəndəlikdə müavinlikdən həmin kəndin Ərazi Dairəsi üzrə nümayəndə təyin olunun  Aqşin Xəlilovun  yerinə bu 

gün Tərlan Şahverdiyev təyin olunub.

Cenub.az. Faiq Hüseynov

 






{sape_links}
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10