Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bu videoları Tehrana göndərib ənam alırlar” – İranın məzar ətrafındakı şousu


“Gecə saatlarında Hacı Şahinin məzarı üstündə keçirilən spontan şaxsey-vaxsey hansı anlama gəlir? Hacı Şahin dini xadim kimi Azərbaycanda dini radikalizm ekstremizmin və fanatzmin qarşısında dayanma başarılı şəxs idi. Xüsusən də, Xomeynizm siyasi dini cərəyanına, və bu cərəyanın ölkəmizdəki şəbəkələrinə əks- mövqe sərgiləyən şiə məzhəbi yönlü xadim idi”. 

"Yeni sabah" xəbər verir ki, bunu analitik İlqar Altay deyib. O, qeyd edib ki, xüsusilə, bütün fəaliyyətində, dinin millətə, dövlətə sonrakı mövqe verilməsi tələbinə əks, milli mənafe və milli dövlətçiliyi öndə tutan idi:

“Bütün bunları o ölkə dini-şiə elitası içindən etməsi ilə daha tutarlı, təsir, effektli edə bilirdi. Qeyri-dini milli-vətənçi ictimai şəxslərin bunu edə biləcəyindən daha xeyli, çox təsirli edirdi: İranın dini şəbəkəsini bölücü, xalqı birləşdirici!

Belə mövqeyi ilə də İran molla rejiminin bizim ölkədəki siyasətinə ziyanlı baryerdə duran və İran tərəfi üçün üzdə göstərməsə də, daxilən istənilməz-arzuedilməz maneə idi Hacı Şahin. 

Hacı Şahin artıq rəhmətə gedib. Bu halda, İran molla rejiminin xislətinə uyğun, utanmaz, abırsız formada onun ölkəmizdəki şəbəkələri təbii ki, Hacının dəfnində fürsətçil yararlanıb, Tehrandan basılan düymə ilə işlərini görürlər.

Bir yox, 40 gecə də məzar ətrafında yatıb, öz saxta, "ləbbeyk" səhnələrini qurmalıdırlar. Bu addımla həm, Hacı Şahinə sahib çıxma cəhdi edirlər (mərhum daha deməyəcək ki, əl çəkin, lazım deyil bunlar!). Azərbaycanın qəhrəman zabiti, dövlət adamı və namaz belə qılmayan Polad Həşimova, digər şahidlərimizə yasdan, dəfndən istifadə edib, üzə-üz bağlayıb necə sahiblənmək istəyirdilər? Milli qəhrəmanların dəfnində mərhum qalır, "Ya ləbbeyk!" qışqırır. 

Həm də, "tədbirdən" bol şəkil, videolar çəkib, Tehrana hesabat verib xeyli ənam qoparmaq məsələsi. Tehran da bu faktları öz qüdrətinin təbliğatı kimi, İrana, İraqa və sair, yayacaq ki, baxın, Azərbaycanda Xomeynizm necə gedir. Səhnədən başqa nəyə qüdrəti çatır o rejimin?

Bəli, bizim Azərbaycanda dinə, islama, şiəliyə də zidd olan, Xomeynizm siyasi şiəliyinə son qoyulmalıdır. Qoyulacaq zamanla, əmin olun!”.

"Yeni dabah.az " saytı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10