Yeni müavin həm Hacı, həm də bacarıqlı mütəxəssis kimi tanınır
Xəbər verdiyimiz kimi, 27 avqust 2022-ci ildə Masallı Rayon İcra hakimiyyətinin Başçısı Araz Əhmədovun sərəncamı ilə İHB-nin Şəhər üzrə Nümayəndəsi Əbülfəz Nuriyev və onun müavini Rəşad Dadaşov daşıdıqları vəzifələrində azad edilmişdi. 6 ay idi ki, həmin vəzifələr boşdur. Şəhər nümayəndəliyinin idarəçiliyi hazırda həmin təşkilatda məsləhətçi-mühasib vəzifəsində işləyən Vahid Əhədova həvalə edilib. Cenub.az bildirir ki, nəhayət bu gün, dəyişiklikdən 6 aya yaxın vaxt keçdikdən sonra, mart ayının 6-da, 41 yaşını bu günlərdə qeyd etmiş Rövşən İbadulla oğlu Sarxanlı şəhər ərazi dairəsinin müavinliyinə təyinat alıb.
Rövşən Sərxanlı 26 fevral 1982-ci ildə Masallı Rayonunun Təklə Ərazi Dairəsinin Sığıncaq kəndində anadan olub. Ali təhsillidir. Bakı Biznes Universitetinin “İnzibati İdarəetmə” fakültəsini bitirib. Hərbi xidmət dövrünü Dövlət Sərhəd Qoşunlarında xidmət edib, çavuş, manqa komandiri olub. Hərbi xidmətdən sonra inşaat sektorunda, Bakı Elektrik Şəbəkəsində çalışıb. 2020-ci ildən Masallıda, “ViləşçayDəryaçısı”nda sahə müvəkkili işləyir. 3 övlad atasıdır. Hacıdır.
Rövşən Sarxanlı əksəriyyət tərəfindən bacarıqlı mütəxəssis, halal, dürüst adam kimi tanınır.
Bu təyinatdan sonra şəhər “meri”nin səlahiyyətlərini icra edən Vahid Əhədov da daşıdığı əvvəlki, məsləhətçi-- mühasib vəzifəsindən azad edilib. Həmin vəzifəyə Göyçöl Ərazi Dairəsində məsləhətçi-mühasib işləyən Qarabəy Nəsirov təyin edlib . Rövşən Sarxanli isə şəhər nümayiəndiliyindən müavinliklə yanaşı, həm də şəhərin “mer”inin səlahiyyətlərini yerinə yetirəcək.
Bu gün digər təyinatlar da olmuşdur.
Belə ki, Masallı Rayon İcra hakimiyyəti Başçısının Sənədlər və Vətəndaşların müraciəti şöbəsinə (kadrlarla iş) Şahin Məmmədovun icra başçısı olduğu dövrdə könüllü olaraq icra hakimiyyətindən getmiş Famil Cəfərov məsləhətçi təyin edilmişdir.
İcra başçısının digər sərəncamı ilə Aqşin Xəlilov Lürən Ərazi Dairəsinin müavini vəzifəsindən azad edilərək həmin dairəyə nümayəndə təyin edilmişdir.
Təbrik edirik.
Cenub.az. Zahir Əmənov