Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şən Nikolay, yatan Hitler, yeyən Xruşşov, öpüşən Brejnev - Liderlərin məzəli anları


İndi məşhurlar özləri şəkillərini sosial şəbəkələrə qoyurlar. 40 il öncəyə qədər bu mümkün deyildi.  Amma yəqin mümkün olsaydı da, bir çox liderlər məzəli şəkillərinin internet şəbəkədə dolaşmasının tərəfdarı olmazdılar.

Deyilənə görə, Rusiya çarı II Nikolay kamera önündə hoqqabazlıq etməyi sevirdi. Fotoqrafiyanı hər şeydən çox sevirdi. Onun şəkillərinin çoxu Romanovların arxivində qorunur. Rus çarının Almaniyada şahzadələrlə kəndirdartma oynaması anlarını əks etdirən bu foto çox maraqlıdır.

Dünyanı qorxu altında saxlamış Hitleri heç yatanda görmüsünüz?

SSRİ rəhbərləri arasında ən sadə lider Nikita Xruşşovun olduğu deyilir. Bu şəkildə o öz əli ilə Hindistandan gəlmiş qonağa tort yedizdirir.

Brejnev təkcə kişi liderləri deyil, qadın həmkarlarını da dodağından öpməkdən çəkinmirdi. O, "bu şərəf"ə ilk dəfə Hindistanın baş naziri İndira Qandi layiq görülüb. Öpüşməkdə Breynevdən heç də geri qalmayan Almaniya Demokratik Respublikasının lideri Erik Honnekerlə SSRİ rəhbərinin öpüşünü əks etdirən foto əsərlər hətta Berlin divarlarını bəzəyib.

 Lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10