Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sərvər Bəşirlinin evi də Türkiyədən gəldi- O iş adamı Bakıda!- FOTOLAR, VİDEO


Köhnə "VAZ-2107"si ilə Türkiyəyə yardım məntəqəsinə əşya daşıyan zaman görüntülənən Sərvər Bəşirliyə bu dəfə ev söz verilib.

Sərvər Bəşirliyə yeni avtomobil hədiyyə edən türkiyəli iş adamı Sebahettin Civelek Bakıya gəlib. Dostları  “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və ülkücü Ali Yıldırım ilə birgə Sərvərin ailəsinin qonağı olan iş adamı qeyd edib ki, onun təşəbbüsü ilə Sərvər Bəşirlinin yaşadığı həyətdə ikimərtəbəli ev tikiləcək.

"Sərvər Bəşirlinin icazəsi ilə ona yaxın günlərdə ev tikəcəyik. Artıq evin əsası qoyulub. İnşallah, tezliklə tikiləcək yeni evdə Sərvər Bəşirli ilə çay içəcəyik. Bu cür qardaşı olan millətin kürəyi heç vaxt yerə gəlməz. Azərbaycan və Türkiyə hər zaman - acı gündə də, sevincli gündə də bir-birinin yanında olub. Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan dərhal öz qardaşının yanına qaçdı, o cümlədən Sərvər Bəşirli... Buna görə də ona dəstək olmağı özümə bir qardaş borcu bildim.
Allah bir daha Türkiyəyə acı yaşatmasın".

Sərvər Bəşirli, atası və babası, digər ailə üzvləri bu dəstəyə görə Sebahettin Civelek, Rauf Arifoğlu və Ali Yıldırıma təşəkkürünü bildirib.

Xatırladaq ki, Sərvər Bəşirlinin köhnə avtomobili ilə yardım apararkən çəkilmiş fotoları həm Azərbaycan, həm də Türkiyə mediasında gündəm olmuşdu. O, həmçinin yaxın qohumları ilə birlikdə Azərbaycandan Türkiyəyə yardıma gedən könüllülərdən ibarət qrupla Adıyamanda çalışmışdı.

Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10