Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiyada dəhşət: mədrəsə müəllimi məscidin zirzəmisində əsir saxladığı 11 uşağa günlərlə işgəncə verib


Rusiyanın Ufa şəhərində dini fanat olan mədrəsə müəllimi oğlan uşaqlarının yerli məscidlərdən birinin zirzəmisində günlərlə saxlayıb və döyüb.


Bu barədə məsciddən qaçan uşaq polisə xəbər verdikdən sonra məlum olub. Hüquq mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə yollanıblar.


Məlum olub ki, Tacikistan əsilli kişi uşaqları zorla zirzəmidə çox pis şəraitdə (hətta çarpayı olmayıb) saxlayıb və təlim keçib. Uşaqlardan bəziləri işgəncə gördüklərini polislərə təsdiqləsələr də, digərləri təkzib ediblər, ancaq bədənlərində qançır izləri uşaqların qorxduğu ehtimalını verməyə əsas olub.


Məscidin rəhbərliyi və Başqırdıstan Müsəlmanlarının Ruhani İdarəsi mədrəsə müəllimi ilə əlaqələrini inkar ediblər.

Rusiya İstintaq Komitəsinin regional baş idarəsi bildirib ki, həmin şəxsə qarşı cinayət işi başlanıb. Müstəntiqlərin fikrincə, kişi 2023-cü ilin əvvəlindən uşaqlara işgəncə verirmiş. Təqsirləndirilən şəxs saxlanılıb, o, istintaq müddətini təcridxanada keçirəcək.

Uşaqlar uşaq evlərinə yerləşdiriliblər.

Mənbə: Lenta.ru






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10