Rüstəm Həşimov şirkətdə proqram təminatı üzrə baş mühəndis vəzifəsində çalışır
Ərkivanlıların sorağı haradan gəlmir ki? Xabarovskidə deputat olan kim, ABŞ-ın aparıcı universitetlərində professor olan kimi çalışan kim, Moskva rayonlarının birində polis rəisi olan kim, Sankt-Peterburq şəhərində məşhur iş adamı olan kim...Bu günlərdə ərkivanlılar daha bir zirvə fəth ediblər. Ərkivanda boya-başa çatan
Rüstəm Həşimov dünyanın ən adlı-sanlı sosial şəbəkəsi olan “Facebook” mühəndis vəzifəsinə yüksəlib.
Şirkətdə proqram təminatı üzrə baş mühəndis vəzifəsində çalışan Rüstəm Rəsuloğlu Həşimov 1991-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində, Həsənəküçə məhəlləsində anadan olub.Ə.Bağırovadına Həsənəküçə tam orta məktəbinə gedib, sonra təhsilini Lənkəran Özəl Türk liseyində davam etdirib.
“Facebook”un baş qərargahına edən yol
R. Həşimov daha sonra Ankaranın Orta Şərq Texniki Universitetində kompüter mühəndisliyi üzrə təhsil alıb.
Rüstəm Həşimov həmin universitetdə tələbə olarkən “Microsoft” şirkətinin nümayəndələri təcrübə keçmələri üçün işçi götürmək məqsədilə Türkiyəyə gəlirlər. R.Həşimov da müsahibədən uğurla keçərək “Microsoft” şirkətində təcrübəçi kimi işləmək imkanı qazanır və 3 ay “Microsoft”un baş ofisində çalışır. Təcrübə müddətini başa vurandan sonra da iş təklifi alır.
Türkiyəyə qayıdıb universitet təhsilini başa vurandan sonra ABŞ-a köçür.
Bir müddət “Microsoft”da işlədikdən sonra “Facebook”da işləməyə başlayır.
Uşaqlıqdan riyaziyyat, fizika fənlərinə, texnologiyaya böyük marağı olub. Ailəsində mühəndislərin çox olması da İT sahəsinə marağının yaranmasında böyük rol oynayıb.
Asudə vaxtlarında futbol, bəzən də domino və kompüter oynamağı xoşlayır.
Bakıya –Beynəlxalq sərgiyə məruzəçi kimi gələn Rüstəm və “Bizimkilər” sesiyasında uğuru.
4-7 dekabr 2018-ci il tarixində Bakıda 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi və Konfransı keçirildi.
Təşkilatçılar ilk dəfə olaraq sərgi çərçivəsində yeni müzakirə platforması “BakutelTechTalks” proqramını təşkil etdilər. Tədbirin birinci sessiyası “Bizimkilər” adlanırdı.
Məhz bu sessiyaya üçün təşkilatçılar tərəfindən məruzəçi qismində:
“LG Electronics”,
“Google” və
“Facebook” kimi
dünyaca məşhur İT şirkətlərində,
eləcə də Niderland Krallığının Leyden Qabaqcıl Kompyuter Elmləri İnstitutu (LIACS) və
Avropa Nüvə Araşdırmaları Təşkilatında (“CERN”) çalışan həmvətənlərimiz dəvət edilir.
Məruzəçilər arasında həmyerlimiz Rüstəm Həşimov də olub.
Sessiya R.Həşimovun “Onlayn platformalarda individual tövsiyə sistemləri: Müasir dövrdə proqram təminatının işlənib hazırlanması və onun nəticələri üzrə praktiki nümunənin araşdırılması” məruzəsi ilə yekunlaşıb.
Çalışdığı şirkətdə uğur qazanmağı qarşısına məqsəd qoyan Rüstəm Həşimov bununla paralel olaraq Azərbaycanda gəncləri də bu sahəyə yönləndirməyi düşünür.
Əgər gələcəkdə Amerikada uğurlu bir biznes qurarsa, Azərbaycanda da o biznesin bir filialını yaratmaq istəyir.
Cəfər Cəfərov