Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Avropaya qaçan 26 minə yaxın insan dənizdə ölüb


BMT-nin Uşaq Fondunun UNICEF-in sözçüsü Andrea Yakomini İtaliyanın Ansa agentliyinə müsahibəsində bildirib ki, 2014-cü ildən indiyədək Aralıq dənizi vasitəsilə Avropa İttifaqına qeyri-qanuni yollarla daxil olmaq istəyən 26 minə yaxın insan həlak olub.

O, belə bir ölüm halının qaçaqmalçıların istifadə etdiyi üzgüçülük qurğularının etibarlılığının aşağı olması ilə bağlı olduğunu deyib:

“2014-cü ildən bəri 25,800 nəfər Aralıq dənizi miqrasiya yolunda ölüb. Onlardan ən azı 120-i təkcə 2023-cü ildə qeydə alınıb. Ölənlərin çoxu uşaqlardır. Ancaq bu rəqəmlərin real rəqəmlərdən daha aşağı olduğu güman edilir, çünki söhbət yalnız təsdiqlənmiş ölümlərdən və ya tapılan cəsədlərdən gedir".

İtaliya Aİ-ni gələcəkdə oxşar faciələrin qarşısını almaq üçün bir yol tapmağa çağırır. Xüsusilə Sərhədsiz Həkimlər belə bir müraciətlə çıxış ediblər.

2014-2015-ci illərdə Avropa ciddi miqrasiya böhranı ilə üzləşdi - onu Afrika və Yaxın Şərqdən gələn miqrant dalğası bürüdü.

Belə ki, 2014-cü ildə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına görə, Avropaya 900 min, 2015-ci ildə isə 1,048 milyon insan gəlib.

Həmçinin bu gün miqrantların olduğu növbəti gəmi qəzası baş verib. Gəminin göyərtəsində olan 250-yə qədər adamın 45-i ölüb, 80 nəfər xilas edilib. Papa I Fransisk həlak olanların ailələrinə başsağlığı verib./lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10