Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mədəniyyət. “Balaca ” regional idarələr iqtisadi rayonlar üzrə birləşir


Cenub.az bildirir ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış 14 iqtisadi rayonlar üzrə regional idarələrin formalaşması davam edir. Artıq Regional Təhsil idarələrinin yaradıldığı çoxlarına bəllidir. İki ay öncə isə rayonlardakı İdman və Gənclər idarələri regional idarələrə çevrildi. Ölkə başçısı cənab İlham Əliyevin dünənki Fərmanı ilə bundan əvvəl 2-3 rayonu əhatə edən regional mədəniyyət idarələri daha çox rayonu əhatə edəniqtisadi rayonlar üzrə regional idarələrə çevriləcək. Misal üçün, Masallı (Yardımlı və Cəlilabad da daxil) və Lənkəran (Lerik və Astara da) daxil Lənkəran-Astara İqtisadi rayonu üzrə birləşəcək. Yəni, 2 xırda regional idarə bir regionda birləşəcək. Lənkəran-Astara iqtisadi rayonu da Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Yardımlı rayon mədəniyyət evlərini birləşdirən bir qurum olacaq. Yəqin ki, ixtisarlar da istisna deyil. Yəni 2 regional idarənin hər birində 1 sürücü, 1 xadimə, 1 müavin var idisə, bu qurumda onların biri olacaq. Həmçinin hər rayon üzrə təhsildə olduğu kimi sektor müdirləri olacaq.

Artıq regional idarələrin bəzi problemləri də diqqət çəkməkdədir. Bir necə ay öncə yaradılmış İdman və Gənclər idarələrini birləşdirən regional idarələr 3 aydır ki, işçilərinə əmək haqqı verə bilmirlər. Bununla bağlı ciddi narazılıqlar var.

Eləcə də Təhsil üzrə Regional İdarələrdə bürokratiya, təcrübəsizlik açıq-aydın hiss olunur. Belə ki, əgər məktəbdə 1 xadimə işdən çıxırsa, regionlardan həmin işə təyinat bəzən 40-45 gün çəkir.

Qarşıda “Meşə idarələrinin”, DSMF-ləri iqtisadi rayonlar üzrə birləşməsidir.

Ən çox maraq doğuran isə Polis, Prokurorluq, Məhkəmə, MTN-nin, Səhiyyənin rayon şöbələrinin Regional idarələrə çevrilməsidir.

Ən sonda isə növbə Rayon İcra hakimiyyətlərinə çatacaq.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10