Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı xeyriyyəçilər Türkiyədə Mübariz Mənsimovla görüşüb


Mübariz Mənsimov öz səhifəsində bununla bağlı nələr paylaşdı? 

Azərbaycan xalqı, eləcə də onun bir parçası olan Masallı, Masallı övladları həmişə xeyriyyə işlərinin önündə olub.

Kimlərinsə zəhmətini kiçiltmək istəməsək də, (Bu sahədə adları sadalasaq, böyük bir siyahı alınar). amma bu işdə əsil fədakarlıq göstərib nümunəyə çevrilmiş elə isimlər ki, onları təqdim etməmək mümkünsüzdür.

Abdulla Abdullayev bu xeyriyyəçilər içərisində “ən çətin” adamdır. O qədər zəhmətkeş,o qədər sadə və təvazökar insandır ki, xeyriyyə işləri haqqında məlumatı ondan zülmlə almaq olur. Yazının sonunda bu ada təzədən qayıdacağıq.

İndi isə qısaca masallıların Türkiyəyə yardımı, yardımçıların dünyaca məşhur xeyriyyəçi Mübariz Mənsimovla görüşü barədə qısaca bəhs edək.

Mübariz Mənsimovun zəlzələ bölgəsinə etdiyi yardımların qısa xülasəsi

…İş adamı Mübariz Mənsimov "Türkiyə, tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyasına 2 milyon türk lirəsi köçürüb. Bu barədə "Palmali Holdinq" şirkətindən bildirilib.

 

Bundan əlavə iş adamı yardım məqsədiləzəlzələ bölgəsinə  200 prefabrik ev, 130 çadırdan ibarəd çadır şəhərciyi, mənzil tikintisində 100 evin tikilməsində sponsorluq və 500 tələbəyə təhsil dəstəyində yardımçı olacağını açıqlayıb. 


  "Palmali Holdinq" in rəhbəri Mübariz Mənsimov Türkiyənin cənub-şərqində zəlzələdən zərərçəkmiş vətəndaşlara 10.000.000 TL(903.000 manat) dəyərində  yardım göndərib.

... Şirkət adından növbəti yardım isə bu gün yola salınıb. Yardım qutularına ən zəruri əşyalar daxildir: böyüklər və uşaqlar üçün isti geyimlər, çadırlar, yorğanlar, yastıqlar, yuxu tulumları, isidicilər, birdəfəlik qablar, quru gida, uşaq bezləri və yeməkləri, təmizlik və gigiyenik məhsullar",- şirkətin açıqlamasında bildirilib.

Bundan əlavə, zəlzələdən ziyan çəkmiş 3 şəhərdə şirkətin göndərdiyi aşbazlar mobil mətbəxlərdə yemək bişirərək insanlara yemək paylayacaq.

(Artıq bu şirkətin dəstəyi ilə zəlzələ bölgəsində çəkənlərə  hər gün 3,5- 4 min şəxsə isti yeməklər verilir)

Həmçinin, "Palmali Holding”in işçiləri bir aylıq maaşlarını zəlzələdən zərər çəkənlərə yardım işlərinə bağışlayıb.

www.anews.az


Mübariz Mənsimovun etdiyi yardımların dairəsi isə hər gün genişlənir.

Doğma yurdu Masallıdan olan yardımlar da Mübariz müəllimin diqqətindən yayınmayıb. Mübariz müəllim Masallıda yardım gətirən qrupun rəhbəri Abdulla Abdullayevi və onun gönüllülər dəstəsini qəbul edib. 2 saata yaxın davam edən görüşdə Masallı könüllülərinin zəhmətini yüksək dəyərləndirib.

Xatırladaq ki, Abdulla Abdullayevin “Arkivan Transport” kollektivi Masallıda yığılan yardımların 4 TİR yükü öz şirkətinə məxsus maşınlarla birbaşa Türkiyəyə, zəlzələ bölgəsinə çatdırıb. Bu işlərin təşkilində A. Abdullayevin işçi kollektivindən ibarət könüllü qrup da yüksək fəallıq göstərib. Həmçinin o, bu işdə şəxsi yardımlarını da əsirgəməyib.

A. Abdullayev Masallıdan göndərilən yardımlarda zəhməti olan hər kəsə dərin təşəkkürünü bildirib.

O həmçinin Masalllıdan Türkiyəyə yardım aparan könülllüri qəbul etdiyi, onlara dəstək verdiyi üçün Mübariz Mənsimova da təşəkkürünü bildirib.

Bu görüşdən və Türiyəyə səfərdən çəkilmiş foto və videoları sizə təqdim edirik.



Sonda onu da bildirək ki, Abdulla Abdullayevin yardımları bununla bitmir. O, müxtəlif vaxtlarda Qarabağ bölgəsindən tutmuş Ukrayına savaçanda zərərçəkənlərə qədər bütün yardım kompaniyalarında yüksək fəallıq göstərir.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10