Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Marketlərdə satılan TƏHLÜKƏ – Broyler toyuqlar xərçəng yaradır – MÜTƏXƏSSİS DANIŞDI


İnsanların qidalanmasında toyuq əti vacib yeri var. Şəhər yerində yaşayan müştərilərin demək olar ki, böyük əksəriyyəti broyler toyuqlarını ala bilirlər. 

Maraqlıdır, görəsən, broyler toyuqlar insan orqanizmi üçün nə dərəcədə sağlamdır?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova açıqlamasında bildirib ki, toyuqlar bəlli müddət ərzində normal böyümə prosesini keçməlidir ki, onların sümük və əzələ sistemi düzgün şəkildə inkişaf etsin. 

Onun sözlərinə görə, hazırda “broyler” adlandırdığımız toyuqlar təbii yolla böyümür:

“Belə ki, normal toyuq otlarla qidalanırsa, broyler toyuğu gemolu qidalarla qidalanır. Demək olar ki, toyuq 3-4 aya alacağı çəkini 1 aya yığır. Bu çəki heç də sağlam çəki olmur. Həmin toyuqlar qəbul etdiyi dərmanların və kimyəvi maddələrin hesabına bu cür süni şəkildə böyüyür. Bu, əslində böyümə yox, şişkinlik adlanır. İstehsalçılar sadəcə ətin artmasına diqqət edirlər. Həmin toyuqları istehlak edən insanlar kimyəvi maddələrlə qidalanmış hesab olunurlar. Ona görə də bu gün insanlarda hormonal balans və maddələr mübadiləsi pozulur, xərçəng xəstəliyi çoxalır. Eyni zamanda həmin toyuq ətlərinin tərkibində kimyəvi maddələr var. Həmin əti istehlak etdikdə insan orqanizmində sorulmur, əksinə yığılıb qalaraq toksiki təsir göstərir. Bu da müəyyən bir vaxtdan sonra orqanizmdə zəhərlənmə ilə nəticələnir”.

Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu gün gənc qadınlarda süd vəzi xərçənginin çoxalması, yeniyetməlik yaşlarında olan oğlanların süd vəzilərinin həddindən artıq böyük olması, xarici görünüşündə şişkinliyin daha çox olması məhz broyler toyuqların istehlakından irəli gəlir:

“Təəssüflər olsun ki, hələ də bir çox insan bunu dərk edə bilmir. Sağlam həyat tərzi yaşamaq və xəstəliklərə tutulmamaq üçün insanlar broyler toyuqları istehlak etməməlidir. Xüsusilə 18-25 yaş arasında olan insanlar broyler toyuqları istehlak etməməlidir. Çünki bu yaşlarda orqanizm inkişaf dövründə olur. Bu yaşlarda broyler toyuqların istehlak olunması inkişafdan geriləmə, cinsiyyət orqanlarının vaxtında düzgün şəkildə inkişaf etməməsi və hormonal pozğunluqların yaranmasına səbəb ola bilər. Buna görə də insanlar əsasən kənd toyuğu ilə qidalanmalıdır”. /Lent az 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10