2008-ci ildə Masallı şəhərinin mərkəzində 2 mərtəbəli, 220 yerlik tam orta məktəb istifadəyə verilib. Məktəb onun istifadəsinə qədər mövcud olmuş Dadva orta məktəbinin bazasında yaradılıb. Məktəbin açılışında ölkə başçısı cənab İlham Əliyev və onun xanımı Mehriban Əliyeva iştirak edib.
Məktəbin 7(sinif), 8 (sinif) və 9-cu (3 sinif) lisey kimi, X, XI sinifləri təmayül sinifləri fəaliyyət göstərsə də, aşağı sinilər – 1-VI siniflər adi siniflər kimi fəaliyyət kimi göstəriblər.
Bunun nəticəsində burada 2 dəfədən də çox artaraq 587 nəfərə çatıb. Dərslər 2 növbə keçirilir.
Cenub.az xəbər verir ki, Yeni dərs ilindən isə məktəbin strukturunda dəyişiklik nəzərdə tutulub. Azərbaycan Elm və Təhsil nazirliyinin müvafiq sərəncamı ilə bu məktəbin sırf lisey kimi fəailiyyət göstərməsi planlaşdırılır.
Bu sərəncam reallaşarsa, hazırda Dəfinənin aşağı sinif şagirdləri, I-V siniflərini bitirənlər başqa məktəblərə keçiriləcək. VI- VII-VII-IX, X-XI sinif şagirdləri isə təhsillərini burada davam etdirəcək. V siniflərə isə qəbul imtahanla olacaq. Növbəti illərdə də qəbullar bu qaydada keçiriləcək. Bu il 6-cı siniflərə imtahanla - şagirdin qəbulu nəzərdə tutulub.
Xatırladaq ki, bölgəmizdəki Lənkəran-Liseydən başqa lisey yoxdur.
Lakin bu məktəbin lisey kimi fəaliyyət göstərməsi üçün problemlər də var. Belə ki, belə məktəbin yataqxanası, uşaqların hər gün 3 dəfə qidalanması üçün şərait, məktəbin digər sahələrinin də buna uyğun yüksək standartlara uyğun olması əsas şərtlərdəndir.
Məlumat məktəbin direktoru Taleh Əkbərov tərəfindən təsdiqlənmişdir.
Cenub.az. Zahir Əmənov