Qədirli, Dəlləkli, Xallıcallı, Köçəkli, Əhmədli, Lənkan, Xoşçobanlı, Mollahəsənli, Təklə, Bala Təklə... və digər kəndlərin asfaltlanmasına start verildi
Son illər Masallı rayonunun Muğan kəndlərinin yollarına asfalt döşənməsinə diqqət xeyli artıb. İllərlə bərbad yollardan şikayətlənən sakinlər bu günlər, sözün həqiqi mənasında rahat yolların keyfini yaşayırlar.
Ölkənin İnvestisiya Proqramı çərçivəsində Masallıda
2022-2023-ci illərdə 38 kilometr kənd yolunun asfaltlanması nəzərdə tutulmuşdu. Bu yolun 9 kilometri 6 ay öncə, 2022-ci ilin sentyabr-oktyabr aylarında asfaltlandı.
Həmin asfaltlanan 9 km-lik yol aşağıdakı kəndləri əhatə edir-
1. Ələt-Astara magistral yolundan şərqə şaxələnən
Hüseynhacılı - Viləş kəndlərini birləşdirən 5.8 km. yol
2. Hüseynacılı – Oncəqala kənləri arasındakı yolu birləşdirməklə şəhərin Bakı küçəsinə (keşmiş Bakl yoluna ) birləşən yol - 3-2 km
Bu il isə həmin layihə çərçivəsində Masallının Muğan kəndlərində daha 29 kilometr yol asfaltlanacaq.
Əvvəllər, 2018-ci ildə asfaltlanan Seybətin-Səmidxan-Alışanlı-Kürdəbaz-Qarğalıq yolunun davamı kimi bu il 1,6 kilometrlik Qarğaliq - Dəlləkli – Qədirli yolunun asfaltlanması üçün artıq ilkin torpaq bərkitmə işlərinə başlanılıb. Burada işlər bitəndən sonra elə həmin ərazidəki 1, 4 kilometrlik Xallıcalıı kəndinə gedən yola da asfalt döşənəcək.
Bu il Təklə Ərazi Dairəsinə daxil kəndlərdə də bir neçə kilometrdən artıq yol asfaltlanacaq.
Bunlar aşağıdakı kəndlərdir
1. Təklə - Mollahəsənli (Keçmiş Masallı stansiyası adlanan ərazi) – 2 kilometr
2. Lənkan kəndini - Göytəpə - Həsənli yolu (körpüsü ilə birləşdirən yol) – 1,4 +3.0 = 4.4 kilometr
3. Əhmədli kəndini Göytəpə - Həsənli kəndi ilə birləşdirən yol – 1,4 kilometr
4. Köçəkli – Tək Dam – Həsənli kəndlərindən çıxan yolu Göytəpə yolu ilə birləşdirən yol- 6,9 kilometr
5. Alışanlı - Viləş kənd yolu. Qızılağac kəndinin girişinə kimi - 5.8 kilometr
6. Bala Təklə - Şərəfə - Digah kəndindən keçən 4 yol adlanan hissəyə kimi – 6,3 kilometr.
Yuxarıda qeyd etdiyimiz kimi artıq bu yollarda hamarlama-bərkitmə işləri görülür. Yaxın aylarda Qarğalıq –Dəlləkli-Qədirli, eləcə də həmin ərazidəki Xallıcallı yolu, ümumilikdə isə burada 3 kilometrlik yol asfaltlanacaq.
Bu ilin oktyabr ayına kimi isə, onlarla kəndi əhatə edən, digər 26 kilometr yola asfalt döşənəcək.
Bütün bu məlumatları Masallıdakı 47 saylı Yol Təmir-Tikinti İdarəsi icra edəcək. Bu məlumatları da bizə həmin idarənin rəisi Mahmud Bağırov verib.
Yeri gəlmişkən onu da bildirək ki, yaxın vaxtlarda Masallı şəhərinin özündə də şəhərdaxili 10 kilometr yolun asfaltlanması nəzərdə tutulub.
Hacıtəpə- Xırmandalı (4 km), Sərçuvar-Sirəbil (2 km), Xıl yolu (4 kim) və digər yollar da təmirini gözləyir.
Muğan kəndlərinin uzun illərin bərbadlığından xilas olmaq ərəfəsində yolun asfaltlanmasından necə ruhlanıblarsa, Qədirli kəndinin yetirməsi, tanınmış jurnalist Nəzirməməd Zöhrablı ölkə mətbuatında maraqlı yazı ilə çıxış edib.
Həmin yazının linkin bura əlavə edirik.
Yazını cenub.az üçün hazırladı: Zahir Əmənov
Xüsusi qeyd: Bir daha xatırladırıq ki, yazını istinadə etmədən, bir-iki cümləsini dəyişib öz yazıların kimi təqdim edənlər bir daha belə addımlar atarsa, bütün maskaları yırtılacaq. Xatırladıram ki, hər hası xəbərin nəinki özün, hətta bir cümləsini, yaxud mövzunu istinadsız paylaşanlar jurnalist kimi mənəviyyatsızlıq, başqasının məhsulunu oğurlayan kimi dəyərləndirir.