Yunanıstandan olan professorlar Konstantinos Sinolakis və Kostas Papazakos ölkənin seysmik aktivliyini qiymətləndirdikdən sonra orada tezliklə 8,5 bal gücündə zəlzələnin baş verə biləcəyini bildiriblər.
Onlar Suriya və Türkiyədə silsilə qırılmaların hansı şəraitdə baş verdiyini öyrənib və qeyd ediblər ki, ölkə ərazisində də oxşar seysmik hadisələr ola bilər.
Sinolakis yerli televiziya kanalı "Mega" TV-nin efirində deyib: "Kritdə sonuncu güclü zəlzələ 1403-cü ildə baş verib və mənim hesablamalarıma görə, belə zəlzələlər 600-800 ildən bir baş verir. Biz artıq təxminən 8,5 bal gücündə zəlzələnin astanasındayıq" .
Saloniki Aristotel Universitetinin seysmologiya professoru Papazakos həmkarının sözlərini təsdiqləyib, həmçinin Yunanıstanda baş verən seysmik hadisələrin dövriliyinə diqqət çəkib. O, təbii fəlakətin dəqiq vaxtını proqnozlaşdırmağın mümkün olmadığını açıqlayıb.
Eyni zamanda, hər iki alim diqqət çəkiblər ki, onların məlumatı “proqnoz” deyil, hakimiyyətin ciddi diqqət yetirməli olduğu xəbərdarlıqdır. Bu, əhalini mümkün nəticələrə hazırlamaq üçün lazımdır.
Akqabay/publika.az