Yaxud, Türkiyəyə yardımlar fonunda dərdin və məhəbbətin birləşdirdiyi xeyriyyəçilərın aksiylarından kimlər və necə xal qazanmaq istəyir?
Zəlzələdən zərər çəkmiş Türkiyədəki yurddaşlarımıza yardım hər birimizin şərəf işinə, qardaşlıq borcuna çevrilib. Bu sahədə Masallı rayonu həmişə olduğu kimi öndə gedir. Hazırkı xeyriyyə aksiyalarında da masallıların fədakarlığı göz önündədir. Hökumət işçilərindən iş adamlarına kimi, müəllimlərdən tutmuş sadə peşə adamlarına kimi heç kim bu xeyirxahlıqdan kənarda qalmaq istəmir. Elə bu vaxta kimi 10-a yaxın kiçik tutumlu, (bu gün göndərilən 1 TİR yardım dolu maşın da daxil olmaqla), 4 TİR-in Türkiyəyə göndərilməsi buna bariz sübutdur. Bu barədə kifayət qədər paylaşımlar edildiyindən detalları sadalamaq istəmirəm. Amma bir məqama toxunmamaq mümkünsüzdür.
Belə ki, dünən internet kanallarında qəribə bir paylaşım edilib. Özünü əslən masallılı olduğunu bildirən Elçin Axundzadə adlı şəxs əndrəbadi bir açıqlama verib. Yanlışlıqlarla dolu olan açıqlamada Elçin bəy bildirib ki, “Masallı adlı bir şey” var, bu “köydə” (yəni, Masallı adlı kənddə) Türkiyəyə yardımlar geniş vüsət alıb. Masallı İHB-nin müavini Adəm Məhərrəməva (Elçin bəyin çıxışında müavin yox, bələdiyyə sədri kimi təqdim olunur) istinadən bildirilir ki, Masallıda xeyriyyə aksiyalarında bütün ruhu ilə, qəlbi ilə ən fəal iştirak edən şəxs Spartak Nadirovdur.
Həmin videoda səslənən bu ifadə xeyriyyə aksiyalarında yüksək fəallıqla çalışanlar masallılar tərəfindən kəskin etirazla qarşılanıb. Aksiya təşkilatçıları bildirib ki, ümumrayon aksiyalarında xeyriyyəçilik göstərənlər sırasında nə Spartak Nadirovun, nə də onların yaxınlarının hər hansı xeyriyyəçilik etdiyi onlara məlum deyil.
Cenub.az özünə yaxın mənbələrdən öyrənib ki, rayonda bu işlərdə əsas fədakarlıq göstərənlərdən bili “Ərkivan” Nəqliyyat servizinin rəhbər Abdulla Abdullayevdir. O nəninki şəxsi vəsaiti, eləcə də bütün komandası ilə, həm də nəqliyyat vasitələri ilə bu işin önündə olub. Nəqliyyat vasitələri ilə yığılan yardımları birbaşa Türkiyəyə daşıyıblar. Qısası, onun bu sahədə gördüyü işlər bir filmə sığımır.
Masallılı millət vəkilləri və iş adamları da bu aksiyadan kənarda qalmayıb. Əldə etdiyimiz məlumata görə, Xudayar Rəhimov 100 min tele, Fəxrəddin Bağışov, Məşhur Məmmədov, Ramazan Zeynalov və Nəriman Əliyev hər biri 5 min manat ödəməklə bu kampaniyaya qoşulublar. Bundan əlavə həmin şəxslərdən kimisi bir neçə aylıq məvacibini, kimisi on min manatlarla ərzaq məhsullarının və məişət avadanlıqlarının Türkiyəyə göndərilməsində öz yardımlarını əsirgəməyiblər.
Hələ adalarını sadalamadığımız təşkilatlar və şəxslər yüzlərlə, minlərlədir.
Bəs nədən bu şəxslərdən heç birinin yox, məhz Spartak Nadirovun adı bu işlərdə önə çəkilir?
Öncə Masallı RİHB-nin müavini, hazırda İcra Başçısı məzuniyyətdə olduğu üçün onun səlahiyyətlərini icra edən Adəm Məhərrəmova zəng vurduq və sonra da özü ilə şəxsən əlaqə saxladıq. A. Məhərəmov qətiyyətlə bildirdi ki, mən heç kimə belə müsahibə verməmişəm və belə ifadələr işlətməmişəm. Bu, mənim adımdan qurulan bir təxribatdır. Məni rayonun tanınmış adamları ilə üz-üzə qoymaq istəyir, bəziləri də guya bundan xal qazanmağa çalışırlar. Həmin videonu paylaşan şəxsə də zəng vurub bildirmişəm ki, həmin videoları yaxın vaxtlarda silməsə müvafiq addımlar atacağam.
Biz olaya aydınlıq gətirmək üçün Spartak Nadirova da zəng vurduq. O bildirdi ki, Elçin Axundzadə bizim dostumuzdur. Mən Masallıdakı yardım kompaniyasında iştirak etməsəm də, Bakıda, 2-ci mikrorayonda təşkil edilən dostlarımla belə xeyriyyə tədbirlərində fəal iştirak etmişəm. Bundan əlavə də xeyriyyə işlərim olub, lakin reklam etməmişəm. Xoşlamıram ki, bəziləri kimi əlimə 3-4 kilo pəsov götürüb, gedib kiminsə qapısında şəkil çəkdirib paylaşım. İnşallah Novruz Bayramı ərəfəsində də dostlarımla birlikdə xeyriyyə işləri görəcək və sizi də məlumatlandıracağam ki, işıqlandırasınız. Qaldı ki, bu video ilə bağlı qalmaqla, Masallıdan bir nəfər həmin Elçin Axundzadəyə zəng vurub, onunla çox kobud danışıb.
Təəssüflə onu da xatırladım ki, bu aksiyalarda xeyriyyəçilikdən bu işdən özünüreklam kimi istifadə etmək, bundan xal qazanmaq, kimlərisə vurmaq istəyənlər var. Bəzi “müxbirlər” vasitəsi ilə özünü müxtəlif formada gözə soxanlar az deyil.
Bu barədə elə ürəkbulandıran məlumatlar var ki, adam yazmağa utanır.
Bütün hallarda, gəlin yaxşılıqlara köklənək. Bu gün, fevralın 18-də, zəruri mallarla dolu, Ərkivan nəqliyyat servizinə məxsus 4-cü TİR Masallıdan Gəncə şəhərinə yola düşdü. Oradan isə yardımlar aparan maşın birbaşa Türkiyəyə yollanacaq.