Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yerlə-yeksan Antakya: sahibsiz şəkillərin, oğruların və ruhların dolaşdığı şəhər…


Hatay vilayətinin Antakya şəhəri zəlzələdən ən çox əziyyət çəkən bölgədir. Antakya “ruhlar şəhəri”ni xatırladır. Şəhərdəki binaların tam əksəriyyəti yerlə-yeksan olub. Dağıntılar altından insan cəsədləri çıxarılır. Adi günlərdəki kimi buradan nəqliyyat, insan səsi gəlmir. Onları dağıntılar üzərində işləyən ekskavatorlar əvəz edir. Bir də, səssizcə şütüyən cənazə maşınları. Əgər ətrafda təcili tibbi yardım maşını varsa, bu, artıq həyat əlaməti sayılır. Yəni, haradasa canlı insan dağıntılar altından çıxarılıb. Amma son günlər də onlara az rast gəlinir. 


Kahramanmaraş və digər bölgələrdən fərqli olaraq, Hatayda bizə tövsiyə etdilər ki, yağmaçılar və oğruların çoxluğuna görə tək gəzmək təhlükəlidir. Yerli polis qurumunun əməkdaşı Pressklub.az-a açıqlamasında bildirdi ki, cinayətkarlara qarşı cəza tədbirləri həyata keçirilir, tezliklə bu hallar aradan qaldırılacaq.  

Zəlzələdən əziyyət çəkənlər də müxtəlif yerlərdə təşkil olunmuş çadır şəhərlərində yerləşdirilib. Onlar da ümidsizdir. Çünki əvvəlki normal həyatlarına nə zamansa qayıdacaqlarına ümidləri yoxdur. İtkisi olanların çoxunun ailə üzvlərinin cəsədləri hələ də aşkar olunmayıb. 

Bir də, xatirələr. Dağıntıların yanında yerə səpələnmiş fotoalbomlara, kitablara və müxtəlif əşyalara rast gəlinir. Onlardan bəzilərinin sahibləri ya həyatda yoxdur, ya da buraları tərk edib gediblər.

Seymur Kazımov

Hatay, Türkiyə

Fotolar müəllifindir









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10