Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı avtoritet Bakıda qətlə yetirilib


Hər adam özünü avtoritet adlandıran kimi o avtoritet olmur ki! “Samozvaneç” deyirlər onlara.
Masallılı  avtoritet  Bakıda qətlə yetirilib
Bu barədə kriminal avtoritetlər barədə bir sıra kitabların müəllifi Bəhram Çələbi danışıb. Ötən gecə bıçaqlanaraq qətlə yetirilən Emil Səfərovun “Emil 444” ləqəbli avtoritet olması barədə yayılan məlumata cavabında B.Çələbi Azərbaycanda belə bir avtoritet tanımadığını deyib:
“Kriminal avtoritetlər özlərinə adətən ləqəb kimi hər hansısa söz, xüsusilə fikir ifadə edən sözləri götürürlər. Rəqəmlərdən özünə ləqəb götürən avtoritet ilk dəfədir eşidirəm. Azərbaycanda belə avtoritet tanımıram.
Hər adam özünü avtoritet adlandıran kimi o avtoritet olmur ki! “Samozvaneç” deyirlər onlara. Yəni o şəxs tanınmırsa, elə özü özünü avtoritet hesab edirsə, bu düzgün deyil. Onu oğru aləmi tanımalıdır.
Bu adda avtoritetin olduğunu bilən yoxdursa, ya ola bilər özü özünə ad qoyub, ya da bu adı yeni alıb deyə, tanınmır hələ. Mən kriminal yazaram, ancaq belə bir kriminal avtoritet tanımıram”.
Qeyd edək ki, Bakıda “Emil 444” ləqəbli kriminal avtoritet qətlə yetirilib. Hadisə Binəqədi rayonu, İ.Haşımov küçəsi 8 ünvanında baş verib.
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu Masallı rayonunda anadan olmuş, Binəqədi rayonu, İsrafil Haşımov küçəsi ev 8, mənzil 56-da yaşayan, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu aralarında yaranmış mübahisə nəticəsində yaşadığı binanın qarşısında bıçaqla qətlə yetirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. H.Tağıyev şübhəli şəxs qismində saxlanılıb.
Qətlə yetirilən Emil Səfərovun kriminal aləmdə "Emil-444" ləqəbi ilə tanındığı bildirilir.
Xatırladaq ki, qətl E.Səfərova məxsus olan BMV X5 markalı, 99 XE 444 dövlət nömrə nişanlı maşında törədilib. E.Səfərovun öz maşınının nömrəsinə uyğun “Emil 444” adlandığı da ehtimallar sırasındadır.Axar.az
Milli.Az bildirir ki, ONA da hadisənin ilkin detallarını dərc edib. Belə ki, 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb. O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. 
Masallılı  avtoritet  Bakıda qətlə yetirilib
Bədənin müxtəlif nahiyələrindən bir neçə bıçaq zərbəsi alan, təxminən 25-30 yaş aralığında olan Emin Səfərov isə qanitirmədən hadisə yerində ölüb. 
Qeyd edək ki, əvvəllər "qanunsuz silah gəzdirmə" maddəsilə məhkum edilmiş Emin Səfərov yaşadığı binanın qarşısında "BMV" markalı şəxsi avtomobilində bıçaqlanıb.
Binəqədi rayon Prokurorluğundan ONA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, İsrafil Həşimov küçəsində iki nəfəri bıçaqlamaqda şübhəli bilinən bir nəfər şəxs saxlanılıb. 
Hadisə ilə bağlı yeni məlumat əldə edilib. Belə ki, qətli törədən şəxs Emil Səfərova məxsus hərəkətdə olan "BMV" markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.
Emil Səfərov Masallı rayonun Şərəfə kəndində dəfn edilib.
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10