Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyada yalnız o, öləcəyi günü hesablayıb TAPDI: hamını çaş-baş salan SİRR


Ömrü boyu yaxşı riyaziyyatçı olmaq istəyən Abraham de Muavr ən böyük arzusunu sağ ikən deyil, öləndə reallaşdırıb.

De Muavr həyatı boyu uğurlu riyaziyyatçı kimi tanınmaq istəyirdi, lakin şərait buna heç vaxt imkan vermədi. Lakin o, çox istədiyi arzusuna ən gözlənilməz anda çatdı. 26 may 1667-ci ildə İngiltərədə anadan olan Abraham de Muavrın ailəsi protestant təriqətinə mənsub xristian idi. Sırf bu səbəbdən Fransadan qovulan ailə İngiltərəyə üz tutdu.

Abraham de Muavr kiçik yaşlarında riyaziyyat elminə olan istedadını kəşf etdi və özünü təkmilləşdirmək üçün dövrün ən məşhur riyaziyyatçılarının əsərlərini oxudu. O illərdə başqa ölkədə özünü sübut etmək çox çətin idi. Məhz buna görə də o, heç vaxt arzuladığı işi həyata keçirmək üçün uyğun mühit tapmadı. Yalnız imkanlı ailələrin azyaşlı uşaqlarına riyaziyyat dərsi verməklə dolanırdı.

Hətta onun şans oyunları oynayanlara və şahmatçılara bir müddət pul qazanmaq üçün taktika verməsi də tarixi məlumatlar arasındadır. Həmişə uğurlu proqnozlar verən Abraham de Muavra görə, bəxt deyilən bir şey yoxdur. O, hesab edirdi ki, bütün ehtimalların nisbəti aydındır. Qalan o ehtimalları yaxşı hesablamaq idi və bu, hər kəsin bacaracağı iş deyildi. Analitik həndəsə və ehtimal nəzəriyyəsinin atası sayılan Muavrın “Moivre The Doctrine of Chance” adlı əsəri zamanla böyük bir fenomenə çevrildi. Əslində, bu əsərin o illərdə xüsusilə təsadüf oyunu oynayanlar tərəfindən çox diqqət çəkdiyi bildirilir.

Abraham de Muavr istədiyi işi görə bilməsə də, məşhur riyaziyyatçı olmaq arzusundan heç vaxt əl çəkmədi. Muavr Edmund Halley və İsaak Nyuton kimi alimlərlə yaxın dostluq edirdi. Hətta onun bir müddət sonra İsaak Nyutonla yaxın dost olduğu da məlumdur.

O illərdə İsaak Nyuton tərəfindən hazırlanmış “dəyişənlər” hesabına Muavrın töhfələri elmi araşdırma kimi qəbul edilib və “Philosophical Transactions” elmi jurnalında dərc olunub. Bu hadisə Muavr və Nyuton arasındakı dostluğu möhkəmləndirdi. Onun qabaqcıl riyaziyyat biliyi Nyutonun Muavra bir çox sual ünvanlamağa və “O, bu məsələlər haqqında məndən daha yaxşı bilir” cavabına səbəb oldu. Bütün bu tərifli sözlərə baxmayaraq, De Muavr həyatı boyu əldə etdiyi nailiyyətlərlə heç vaxt qane olmayıb. Bununla belə, o, elmi ictimaiyyətdə, xüsusən də Londonda tanınmış şəxsiyyətə çevrilmişdi. Orta yaşlarında Muavr öz tədqiqatlarını sığorta hesablamaları üzərində cəmləyib. Həmin illərdə o, pozitivlik statistikası və illik pensiya hesabları üzərində işləyirdi ki, bu da bir çox qurumların işini asanlaşdırırdı.

1700-cü illərdə başqa bir ölkədə özünü tanıtmağa çalışan Abraham de Muavr heç vaxt istədiyi sürətə çata bilmədi. Daha doğrusu, bir gün özünü yorğun hiss edib, boş yerə cəhd etdi və psixologiyasına mənfi təsir göstərməyə başladı. Daxili aləmində yaşadığı duyğular onun özündə bir dəyişikliyi dərk etməsinə səbəb oldu.

De Muavra görə, əvvəlki gündən 15 dəqiqə çox olan yuxu vaxtının düz 24 saata çatacağı zaman onun ölüm günü gələcəkdi. Onun hesabında 27 noyabr 1754-cü ildə ölməli olduğu göstərilirdi. Ən maraqlısı odur ki, De Muavr ölümündən 2-3 ay əvvəl, dəqiq təxmin etdiyi gündə vəfat etdi.

Onun ölüm günü ilə bağlı proqnozu elmi ictimaiyyətdə böyük əks-səda doğurdu. Baxmayaraq ki, böyük bir qismi bunun özünü hesablamadan daha çox ölüm tarixinə şərtləndirdiyini və onun sağlamlığına zərər vuraraq öldüyünü düşünürdü. Həqiqət mübahisəli olsa da, De Muavrın proqnozlaşdırdığı dəqiq tarixdə ölməsi bu gün də sirr olaraq qalır./lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10