Bölgəmizin sakinləri Türkiyəyə yardım kompaniyasında yüksək fəallıqla iştirak edirlər. Yardımlarını Astaraya yönəldən Lerik və Yardımlı sakinlər həmin rayonun yardımları ilə birgə Türkiyənin Kahramanmarş şəhərinə bir TİR ərzaq, geyim, qızdırıcı və sair zəruri mallar yollayıblar. Bu barədə cenub.az-a Astara İHB-nin Şəhər Dairəsi üzrə nümayəndəsi Şahverən müəllim məlumat verib. Yardımlıdan bu kompaniyaya yardımçı olanlar sırasında, bölgəmizin gözəl şairi İqbal Nemətin çox böyük yardım aksiyası qürur doğurur.
Lənkəranlılar daha orijinal yardım göndəriblər-15 ton düyü və 1 ton Lənkəran çayı. Yardımlar sırasında geyimlər, ərzaqlar da var. Bu barədə məlumata Bizim Lənkəran FB səhifəsi yayıb
Masallı sakinləri də xüsusi fəallığı ilə seçilir. Təzə Bazar yaxınlığında yaradılmış qərargahda bütün gün izdiham yaşanır. Masallı RİHB-nin müavinin Adəm Məhərrəmovun APA TV-yə verdiyi məlumata görə bu vaxta qədər zəlzələ bölgəsinə bir neçə TİR yardım göndərilib. “Ümidim sənsən” İB-nin təşkil etdiyi bir TİR yardım da məmnunluqla qarşılandı, Ərkivandakı “Arkivan Transport” isə nəinki bir neçə maşın yardım təşkil edib, həmçinin kollektivin sürücüləri toplanmış yükləri öz nəqliyyat vasitəsi ilə birbaşa zəlzələ bölgəsinə çatdır.
Yardım edənlər o qədər çoxdur ki, insan bu mənzərədən təəccübünü gözlədə bilmir.
Zəhməti olan hər kəsə alqışlar.
Faiq Hüseynzadə