Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cenub.az-dan kimlər oğurlayır?


Bir region saytı kimi imkanımız daxilində bölgədəki hadisələrdən daha operativ xəbər tuturuq. Və bu xəbərlər də həm ölkə saytları, eləcə də bölgə saytları tərəfindən dərhal paylaşırlar.  Cəlil Nəzərovun, Eşqin Əliyevin həbsi, ABŞ-da təhsil alan ərkivanlılar, bölgədə 3 müavinin işdən azad olunması ilə bağlı xəbərlər  və digər yazılar bizə istinad etmədən paylaşılır. Həmin “oğurluq” edən saytlar, onların rəhbərlərinin adı arxivimizdə toplanır. 

Məncə, xatırlatmaq yersizdir ki, nəinki xəbərin özünü, hətta mövzunu, bir əsas cümləni hansı saytdan  götürürsənsə, ona istinad etməlisən. Dünən Masallı Mərkəzi Xəstəxanası Publik Hüquqi - direktor müavini, baş həkim təyin edilməsi barədə, axşam saat 22-19-da ilk dəfə mən paylaşmışam. Həmin şəxsin kimliyi haqqında məlumatı da mən hazırlamışam, şəkili də mən əldə edib, sonra onu kollaj edərək, həm cenub. az saytında, həm də Facebook səhifələrində paylaşmışıq. Bizdən 10 saat  sonra hətta kollajdakı şəkili dəyişməyərək, 1-2 cümləni silib,  ya da bir-iki cümlə əlavə edərək öz xəbəri kimi paylaşıblar. Yerli saytları başa düşdük. Bir çoxunun mətbuatdan başı çıxmasa da, əsas işi  o saytdan, bu saytdan xəbər, mövzu oğurlamaqdır. Bəs “paytaxt” saytları niyə qısqanclıq edir. Vallah, ayıbdır. İmkanı olan utana da bilər. Tutaq ki, mən hər şeyi üzə vurmuram, bəs bəzilərinin həyasına nə gəlib?

 Məcburam ki, bu saytlar haqqında adlı ünvanlı MEDİA Agentliyinə, Mətbuat Şurasına, ya  da müəllif hüquqlarımı pozduqları üçün məhkəməyə müraciət edim. Efirdən səsləndirmək planımız da var.

Bu da həmin yazı- baxın, biz nə vaxt paylaşmışıq, digərləri nə vaxt.

https://cenub.az/14238-masalli-merkezi-xestexanasina-yeni-bas-hekim-teyin-olundu.html

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10