Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyədə zəlzələ qurbanlarının sayı 3 000 nəfərə çatır - YENİLƏNİR


Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer  məlumat verib.

O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

****

06.02.2023 23:25

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay məlumat verib.

Qeyd edilib ki, zəlzələ nəticəsində 2379 nəfər ölüb, 14 483 nəfər isə yaralanıb. Dağıntılar altından 7240 nəfər çıxarılıb.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb. Son məlumatlara görə, 2316 nəfər ölüb. Yaralı sayı isə 13 293 nəfər qeydə alınıb. Dağılan binaların sayı 6217 olub.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artıb. 

Bu barədə AFAD (Türkiyə fövqaladə hallar və təbii fəlakətlər idarəsi) məlumat yayıb. Məlumatda bildirilir ki, zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə çatıb, 12 068 yaralı var.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artıb.

Zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1651 nəfərə çatıb, 11 119 nəfər yaralanıb.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay açıqlayıb.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1121-ə, xəsarət alanların sayı 7634-ə çatıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.

Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-yə nəfərə çatıb. 

Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəricəsində 5385 nəfər yaralanıb. 

***

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.

F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.

***

Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

***

Türkiyənin Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bu barədə şəhərin valisi Salih Ayhan məlumat verib.

Onun sözlərinə görə, yaralananların sayı 30-dur.

07:05

Türkiyənin Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfərin öldüyü bildirilib.

Rəqəmləri şəhərin valisi Salih Ayhan açıqlayıb.

“İlkin məlumata görə, 16 bina dağılıb. 10 vətəndaş ölüb. Vətəndaşları yolları xilasedicilər üçün boşaltmağa çağırırıq”, - o vurğulayıb.  

06:51

Şanlıurfa bələdiyyə başçısı bölgədə 16 binanın çökdüyünü, dağıntılar altında vətəndaşların qaldığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.


Müsavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10