Kahramanmaraşın Pazarcık rayonunda fevralın 5-dən 6-na keçən gecə yerli vaxtla saat 04.17-də baş verən 7.7 bal gücündə zəlzələ, daha sonra isə saat 13.24-də Elbistandakı 7.6 bal gücündə zəlzələ minlərlə insanın ölümünə və yaralanmasına səbəb olub. Zəlzələ Qaziantep, Malatya, Hatay, Adana, Mersin, Osmaniye, Adıyaman, Şanlıurfa, Diyarbəkir kimi bir çox şəhərdə hiss olunub.
Türkiyə Respublikası əvvəlki illərdə 7 və daha çox şiddətli zəlzələ ilə üzləşib. Kahramanmaraş zəlzələsi ilə yanaşı bu zəlzələlər də yaddaşlarda öz yerini qoruyub saxlayır.
Bu zəlzələlər hansılar idi?
Cümhuriyyət tarixinin ilk böyük zəlzələsi: Ərzincan
1939-cu il dekabrın 27-də Ərzincanda baş verən və 33 min insanın həyatını itirdiyi, 100 minə yaxın insanın yaralandığı 7,9 bal gücündə zəlzələ Türkiyə Cümhuriyyəti tarixində ilk şiddətli zəlzələ olaraq qeyd edilib.
Tokat Niksar zəlzələsi: 1942-ci il
1942-ci il dekabrın 20-də yerli vaxtla saat 17.05-də baş verən 7 bal gücündə zəlzələdə 3000 nəfər həyatını itirib.
Bir il sonra – bu dəfə Tosyada
1943-cü ildə Tosya-Ladik zəlzələsi noyabrın 27-də yerli vaxtla saat 00:20-də Tosyanın Kastamonu şəhərində baş verib. 4 min insanın həyatını itirdiyi zəlzələ 7,2 bal gücündə baş verib.
Geredede böyük insan itkisi
1944-cü il fevralın 1-də Gerede-Bolu zəlzələsində 50000-dən çox evə ciddi ziyan dəyib. Zəlzələnin ən yüksək intensivliyi 1944-cü il fevralın 2-də saat 6:24-də baş verib və ikinci zəlzələ Boluda ciddi dağıntılara səbəb olub. Gerede, Bolu və Çankırıda baş verən zəlzələlərdə 4611 nəfər həyatını itirib.
Çaldıran zəlzələsi: 1976-cı il
1976-cı il noyabrın 24-də yerli vaxtla saat 12:22-də episentri Vanın Muradiyə mahalının Çaldıran bölgəsi olan 7,5 bal gücündə zəlzələdə 3840 nəfər həlak olub, 9232 binaya ziyan dəyib. 2000 kvadrat kilometr ərazidəki evlərin 80 faizi dağılıb.
Gölçük zəlzələsində 10 mindən çox itki olub
Kocaeli/Gölcük mərkəzli zəlzələ 1999-cu il avqustun 17-də səhər yerli vaxtla saat 03:02-də meydana gəlib. Rixter cədvəli üzrə 7,6 bal gücündə baş verən zəlzələ böyük insan və mal itkisinə səbəb olub. Parlamentin araşdırmasının hesabatına görə, 18 373 nəfər ölüb, 48 min 901 nəfər yaralanıb.
Düzce zəlzələsi: 1999-cu il
1999-cu il noyabrın 12-dı saat 18:57-də, 7.2 bal gücündə və episentri Düzce olub. Rəsmi hesablamalara görə, 30 saniyə təsirli olan zəlzələdə ölənlərin sayı 845, yaralıların sayı isə 4948 olub.
2000-ci illərin ən böyük zəlzələsi: Van
2011-ci il oktyabrın 23-də baş verən Van-Erciş mərkəzli zəlzələ və 2011-ci il noyabrın 9-da Van-Edremit mərkəzli zəlzələ. Van və rayonlarında çox güclü hiss olunaraq bölgənin tikinti fonduna dağıdıcı ziyan vurub və çoxlu insan itkisinə səbəb olub. 2011-ci il oktyabrın 23-də və noyabrın 9-da baş vermiş zəlzələlərdə 644 nəfər həyatını itirib, 1966 nəfər yaralanıb./lent.az