Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azad olmaq istəyən insan artıq azaddır - Azadlıq haqqında aforizmlər...


Mütəfəkkir insanların azadlıq haqqında aforizmlərini təqdim edirik.

Ancaq azadlığın bir qismindən könüllü imtina edənlər azad ola bilərlər.

Əbu Turxan

Arzularına sərhəd qoymayan insan azad ola bilməz.

Epiktet

Azad olmaq – özün kimi olmaq deməkdir.

Jan Pol Sartr

Azadlığa təzyiq göstərməklə ona meyli daha da gücləndirmiş oluruq.

Lev Tolstoy

Azadlıq dərk olunmuş zərurətdir.

Benedikt Spinoza

Dünyada insan düşüncəsi qədər azad olan ikinci bir şey yoxdur.

Devid Yum

Ağrıdır yaşamaq əsarət altda.

Cəlil Məmmədquluzadə

Vərdişləriniz nə qədər çox olsa, azadlığınız da bir o qədər az olar.

İmmanuel Kant

Zərurət bizi seçim etmək çətinliyindən azad edir.

Vovenarq

Azadlıq və sağlamlıq eyni şeydir – hər ikisinin qədrini itirəndə bilirsən.

A.Bek

Əgər yalan danışa bilmirsənsə, deməli, azad insansan.

A.Kamyu

Azad olmaq istəyən insan artıq azaddır.

J.Russo


Ən azad insan hətta köləlikdə belə azad olmağı bacarandır”

B.Fontenel

Azadlıq məsuliyyət deməkdir.

B.Şou


Dünyada insan düşüncəsi qədər azad heç nə yoxdur.

D.Yum

kulis az 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10