Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ailəmə görə rollarımı itirdim, heç vaxt sənəti tutub, ailəmi atmadım, bu günsə deyirlər ki..”


“Oğlum dedi ki, ana, teatra getmə, səni orada ağladırlar, bir gün də tamaşa oynayanda...”
 
“İki əsər olub ki, onu istəmədən oynamışam. Özümü orada görməmişəm. Adlarını deməyəcəm. Hər dəfə də oynayanda deyirdim ki, işə düşdüm. Bütövlük görməmişəm həmin rollarda. Mən xoşlayıram ki, mövzunu başladığım kimi də bitirim. Yəni əsərin sonunda mövzu tam bitməlidir. Bəzən rola özümdən sözlər artırmışam ki, bər-bəzək verim. Heç müəlliflərin çoxu bunu başa düşməyib. Əvvəllər formada idim, baş qəhrəmanları oynayırdım. Sonra çəkim artdı, xarakterik rollar oynamağa başladım. Rejissorumuz, xalq artisti Mərahim Fərzəlibəyov deyirdi ki, Hicran elə xarakterik rollara keçdi ki, heç kim hiss etmədi”.
 
Bunu açıqlamasında əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Hicran Nəsirova deyib.
“Həm ailə, həm də sənəti bir yerdə saxlamaq hər zaman çətin olub. Bu bütün aktrisaların həyatında belədir. Amma bizim ölkəmizdə lap çətindir. Yatıb dincəlməli idim ki, sabah tamaşam var, amma ailə qayğılarına, uşaqlara görə bu istirahətimdən qalırdım. Ailəni heç vaxt sənətimə qurban vermədim, hər zaman mənim üçün ilk növbədə ailə olub. Səhnəni də sevirdim, amma övladlarımı, ailəmi ondan çox sevirdim. Bəzən deyirlər ki, ailəmi sənətimə qurban verdim. Bu sözü bəyənmirəm! Çox nahaq yerə! Ailəni sən niyə sənətinə qurban verirsən?! Ailə müqəddəsdir. Övladı dünyaya gətirmisənsə, onları böyüdüb, boya-başa çatdırmalısan. Heç vaxt yadımdan çıxmaz, oğlum uşaq idi, bir gün ayağıma sarıldı ki, “mama, getmə də işə, səni orada ağladırlar”. Məni “Günah” tamaşasında görmüşdü ki, ağlayıram. Zaldan qışqırmışdı ki, “papa, mamanı ağlatdılar”. Elə bilirdi ki, hər dəfə məni teatrda ağladırlar. Hansısa rolları itirə bilərik, amma ailəni yox! Mənim həyatımda da belə hallar çox oldu. Bir çox rollarımı itirmişəm! Mən oynamalı idim, kimlərsə oynadı, mən də kənardan baxdım. Rejissorların çoxu mənə deyirdi ki, səni çəkmədiyimizə görə uduzan biz olduq. Özüm də görürdüm ki, mən oynasaydım daha yaxşı olardı” deyə aktrisa bildirib.
 
Sənətkar valideynlərini də xatırlayıb.
“Heç bir övlad deyə bilməz ki, valideyn borcundan çıxmışam. Valideynlərimə borcum qalıb! Pis övlad olmamışam. Onları itirəndə deyirdim ki, mən nələrsə edə bilərdim, amma vaxt çatmadı. Övladlarıma başım qarışdı, bəlkə nəyəsə mən gecikdim. Bəlkə də nəyəsə diqqət etsəydim yaşayardılar. Kaş sağ olaydılar, mən onların qulluğunda dayanardım” deyə aktrisa bildirib./Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10