Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nəvə-baba söhbəti aparan İran türklərin qanını belə töküb - İLGİNC DETALLAR


"Məlumdur ki, İranın Azərbaycanda casus şəbəkələri var və İran bu şəbəkələrlə Azərbaycanı açıq şəkildə təhdid edirdi - siyasi, dini fonda, İran mediası tərəfindən. Amma İran başa düşməlidir ki, Azərbaycan güclü dövlətdir. 30 il ərzində kimin kimə işlədiyini çox yaxşı bilirik. Lazım olan vaxtda onlara qarşı tədbirlər görülür".

Bu fikirləri Musavat.com-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov deyib.

162764006595484376_1200x630.jpg (235 KB)

Politoloqun sözlərinə görə, İran düşünməsin ki, casus şəbəkələri hansısa məsələlərdə onun imdadına çatacaq, əksinə, İranın bu siyasəti Azərbaycan-İran münasibətlərinə çox pis təsir edir:

"Bu gün İran açıq şəkildə Azərbaycandan Livan, Suriya, Yəmən yaratmaq istəyir. Necə ki, o ölkələrdə İran öz hərbi terrorçuları ilə dövlətə qarşı ara-sıra üsyanlar təşkil edir, siyasi hakimiyyətə təzyiq edirsə, eyni metoddan Azərbaycana qarşı da istifadə etmək istəyirdilər. Lakin onlar buna müəssər olmadılar. Azərbaycan dövləti buna imkan vermədi, xüsusi xidmət orqanları öz vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlirlər. Təəssüflər olsun ki, biz İranın azərbaycanlı diplomatlara qarşı terror hadisəsi ilə bağlı ciddi şəkildə məsuliyyəti üzərinə götürərək təhqiqat aparmasını görməkdənsə, sosial şəbəkələrdə son hadisələrlə bağlı müxtəlif qruplar tərəfindən İran təbliğatının aparıldığını müşahidə edirik. Bəzən biz bunu beyinləri yuyulmuş azərbaycanlılar tərəfindən də görürük. Eyni zamanda xaricdə yaşayanların işlətdikləri bəzi yutub kanallarının da İrandakı müxtəlif qruplara işləməsi son hadisələrlə bir daha bəyan olundu.

Bütün bu hallar Azərbaycanı haqq yolundan çəkindirməyəcək, bizim haqq yolumuz sülhdür, humanizmdir. Özünü İslam dövləti adlandıran İran isə humanist dəyərlərdən çox uzaqdır. İran Ermənistanı qardaş adlandıraraq bölgədə Azərbaycana qarşı düşmənçiliyini həyata keçirir.

63c7fd4ebe04363c7fd4ebe044167405089463c7fd4ebe04063c7fd4ebe042.jpg (159 KB)

Bizə nəvə, özünə baba deyən İran unutmasın ki, müasir dünyada nəvə-baba söhbəti olduqca qarışıqdır və Haşiminin babasının kim olmasını unutmayaraq yaxşı olar başa düşsün ki, bu kimi söhbətlər iki dövlət arasında yalnız nifaq salır. İran 10-cu əsrdən indiyə qədər türk sülaləri tərəfindən idarə edilib. İran Azərbaycan torpaqlarına iddia irəli sürərkən unutmasın ki, Qacar və Rusiya müharibəsi dövründə məhz azərbaycanlılar Rusiyaya qarşı vuruşurdu. Yaxşı olardı ki, İran təxəyyüllərlə yaşamasın, reallığı başa düşsün".

Musavat.com    






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10